Əsas Səhifə > Dünya > Fransada "quş qripi" virusu aşkar edilib
Fransada "quş qripi" virusu aşkar edilib8-12-2020, 20:25 |
Fransanın cənub-qərbindəki Landes regionunda quşçuluq təsərrüfatında yüksək dərəcədə aktiv “quş qripi” virusu (H5N8) aşkar olunub. Şəffaflıq.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, ANSES Milli Laboratoriyası Benesse-Maremne kommunasında (Landes regionu) 6 000 ördəyin saxlanıldığı quşçuluq təsərrüfatında H5N8 virusuna yoluxma halları aşkar edib. “H5N8 virusu köçəri quşlar vasitəsilə Avropada fəal şəkildə dolaşır”, - deyə Nazirliyin açıqlamasında bildirilib. Profilaktik tədbir olaraq fermadakı bütün ördəklərin məhv edilməsi qərarı verilib. Geri qayıt |