Əsas Səhifə > Dünya > Hindistanda naməlum xəstəliyə yoluxanların sayı artdı

Hindistanda naməlum xəstəliyə yoluxanların sayı artdı


8-12-2020, 13:56

 

Hindistanda naməlum xəstəlikdən əziyyət çəkənlərin sayı artıb.

Şəffaflıq.az xəbər verir ki, son rəsmi açıqlamaya əsasən, ölkədə 500-dən çox insan oxşar simptomlarla xəstəxanaya yerləşdirilib. Bildirilib ki, həkim və beynəlxalq tibbi eskpertlər vətəndaşların hansı xəstəliyə yoluxmasını aşkar etməyə çalışırlar.

Qeyd edək ki, həkimlər naməlum xəstəliyin ürək bulantısı, başgicəllənmə və huşunu itirmə kimi simptomlara səbəb olduğunu açıqlayıb. Xüsusilə uşaqlarda göz yanma və qusma şikayətlərinin olduğu bildirilib.

Xatırladaq ki, dekabrın 7-də naməlum xəstəlikdən əziyyət çəkənlərin sayı 350-dən çox idi.

Geri qayıt