SİYASƏT - Sheffafliq.az

Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
Böyük Qayıdış çərçivəsində Xocalı və Ağdərə rayonlarının 7 yaşayış məntəqəsinə daha 44 ailə yola salınıb.

Şəffaflıq.az-ın məlumatına görə, Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə növbəti qayıdış həyata keçirilib.

Bu mərhələdə Xocalı şəhərinə 4 (23 nəfər), Ballıcaya 5 (27 nəfər), Badaraya 3 (7 nəfər), Daşbulağa 1 (2 nəfər), Xanyurduna 2 (5 nəfər), Vəngliyə 6 (29 nəfər), Heyvalıya isə 23 ailə (83 nəfər) olmaqla ümumilikdə 44 ailənin (176 nəfər) daimi qayıdışı təmin olunub.

Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
Azərbaycan və İtaliya kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.

Sənəd azərbaycanlı nazirin İtaliyaya işgüzar səfəri çərçivəsində onunla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani, şirkətlər və "Made in Italy" naziri Adolfo Urso arasında imzalanıb.

"Sənəd ölkələrimiz arasında sənaye tərəfdaşlığının genişləndirilməsinə, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib. Bu əməkdaşlıq emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır", - M.Cabbarov vurğulayıb.

Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
Monteneqronun Miloçer bölgəsində bu gün Berlin Prosesi Liderlər Sammiti keçirilir.

Şəffaflıq.az Balkan bürosu xəbər verir ki, sammit Monteneqronun Berlin Prosesinə builki sədrliyinin yekun tədbiridir.

Sammitdə Qərbi Balkan ölkələrinin liderləri, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələri, o cümlədən Avropa Komissiyasının (AK) genişlənmə məsələləri üzrə komissarı Marta Kos iştirak edəcəklər.

Monteneqronun sədrliyi dövründə Berlin Prosesi çərçivəsində 14-ü nazirlik səviyyəsində təşkil olunmaqla, ümumilikdə 26 tədbir keçirilib. Bu, Berlin Prosesinin tarixində bir sədrliyin müddətində keçirilən ən çox tədbir göstəricisidir.

Qeyd edək ki, Berlin Prosesi Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasını, regional əməkdaşlığın gücləndirilməsini və iqtisadi əlaqələrin inkişafını təşviq edən təşəbbüsdür.

Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Pensilvaniya ştatının Oyl Siti və Taytusvil şəhərlərində keçirilən Dreyk Forumunda iştirak edib.

Bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən bildirilib.

Məlumata görə, Oyl Siti şəhərində tarixi "Milli Tranzit Binası"nda ("National Transit Building") Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın "Xalçalarda xoşbəxtlik: Xalçanın insanı xoşbəxt etməsinin 10 səbəbi" kitabının təqdimatı və bu mövzuda şəhərin mədəniyyət icmasının nümayəndələri ilə görüşü baş tutub.

Sonra "Milli Tranzit Binası"nın yanında yerləşən "Boru Kəməri Keçidi"ndə ("Pipeline Alley") Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə qəbul təşkil olunub.

Qəbul çərçivəsində Azərbaycan şərabları və şirniyyatları qonaqlara təqdim edilib.

Qəbulun ardınca "Milli Tranzit Binası"nın sərgi zalında Azərbaycanın əməkdar rəssamı İrina Eldarovanın 2024-cü ildə Venesiya Biennalesində nümayiş etdirilmiş layihəsinin davamı olaraq, "Neft və İkona" adlı sərgisinin təqdimatı keçirilib.

Tədbirdə X.İbrahimlə yanaşı, Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Dreyk Enerji Forumunun prezidenti Endryu Teybler çıxış edib.

Tədbirdə həmçinin, 28 May – Müstəqillik Günü münasibətilə Bakı şəhərinin Səbail rayonu ilə qardaşlaşmış Oyl Siti şəhərinin meri Con Klak tərəfindən verilmiş bəyannaməyə qarşılıq olaraq, X.İbrahim tərəfindən ABŞ-nin və Oyl Sitinin 250 illiyi ilə bağlı bəyannamə oxunub və şəhərin merinə təqdim edilib.

Oktyabrın 20-də Dreyk Konfransının ikinci günü çərçivəsində X.İbrahim Forumun Dreyk Neft Quyusu Muzeyində keçirilən "Enerji, təhlükəsizlik və yeni qlobal iqtisadi coğrafiya" mövzusunda panel müzakirələrində iştirak və çıxış edib.

ABŞ Enerji Assosiasiyasının baş direktoru Vil Polenin moderatorluğu ilə aparılan panel müzakirələrində, həmçinin Avropa İnvestisiya Bankının Vaşinqton ofisinin strategiya və idarəetmə üzrə baş mütəxəssisi Katrin Bok, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin direktor müavini Aleksis Harmon, "Berkshire Hathaway Pipelines" şirkətinin Pensilvaniya üzrə siyasət direktoru Don Hauser, "Horizon Engage" şirkətinin istehsal üzrə baş direktoru Maykl Nayts iştirak və çıxış edib.

Çıxışlar zamanı qlobal enerji bazarlarının hazırkı vəziyyəti və inkişaf tendensiyaları, mövcud münaqişələrin enerji təhlükəsizliyinə təsirləri, kritik mineral ehtiyatlarının təchizat zəncirlərində tutduğu yer, enerji diversifikasiyasının dəstəklənməsi istiqamətində investisiya layihələri ətrafında fikir mübadiləsi aparılıb.

X.İbrahim çıxışında Azərbaycan tərəfindən çətin siyasi turbulentlik şəraitində həyata keçirilən strateji enerji layihələri barədə tədbir iştirakçılarını məlumatlandırıb, enerji siyasətimizin resurslarımızın diversifikasiyası vasitəsilə müstəqilliyimizə, eləcə də regional əməkdaşlıq və sabitliyə yatırım edilməsinə əsaslandığını bildirib.

Panel müzakirələrindən sonra səfir tərəfindən Azərbaycan adından Dreyk Muzeyində yerləşdirilməsi planlaşdırılan xatirə lövhəsinin layihəsi tədbir iştirakçılarına təqdim olunub. Xatirə lövhəsinin layihəsinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji enerji layihələrimizin açılış mərasimləri zamanı neftin əlləri ilə üzünə çəkilməsi ənənəsinə vurğu etdiyi qeyd olunub. Lövhə layihəsinin Azərbaycan və ABŞ-də neft sənayesində çalışan insanların əl əməyinə, hər iki ölkənin ortaq neft irsinə, eləcə də dünyanın hər yerində təhlükəsizlik, əməkdaşlıq və inkişafa həsr olunduğu bildirilib.

Şəffaflıq.az

Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir
Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada təşkil olunan "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın paytaxtı Milan şəhərində növbəti fotosərgi keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, ziyarətçilərə məlumat verilib ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və bu, davamlı sülhə ziyan vurur. Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir.

Xatırladaq ki, kampaniya çərçivəsində oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.

Qeyd edək ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb. Oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də "Schuman" meydanında itkin düşən azərbaycanlıların ailə üzvləri aksiyalar keçirib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4 010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində Zimbabve Respublikasının birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8, ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından birini təşkil edib.

Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.

Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Eyni gündə Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.

Şəffaflıq.az

XII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir.

Şəffaflıq.az-ın məlumatına görə, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin katibləri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də yazıçılar, şairlər və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, XXI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-nə qədər davam edəcək.

Sərginin builki yerli fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazıçısı Reyhan Yusifqızı, xarici yazarlardan isə iranəsilli yazıçı Pərinuş Sənii ilə Böyük Britaniya yazıçısı Darren Simpsondur.

MŞ jurnalistlərin adından saxta "WhatsApp" hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib
Mətbuat Şurası (MŞ) jurnalistlərin adından saxta "WhatsApp" hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Mətbuat Şurasından məlumat verilib.

Qeyd edilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta "WhatsApp" hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir:

"Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər".

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır:

"Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir".

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə aşağıdakı addımları atmağı tövsiyə edir:

"Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurun, hüquq-mühafizə orqanlarını məlumatlandırın. Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz.

Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə info@nca.az elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın.

İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsi ilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər.

Saxta hesabı "WhatsApp" platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur.

Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin".

Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır.

Şəffaflıq.az

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 23-də Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 22 oktyabr 2026-cı il tarixində Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Şəffaflıq.az