Müsahibə - Sheffafliq.az
Heydər Əliyev siyasəti: Azərbaycanın taleyinin diplomatiya və iqtisadi dirçəliş yolu ilə həlli
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaq, milli dövlət quruculuğu prosesini ardıcıl olaraq həyata keçirmək və demokratik dəyərləri özündə əks etdirərək siyasi sistemi bərqərar etməkdən ibarət idi.
Bundan əlavə Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və onun dünya birliyində layiq olduğu yerini tutması üçün geniş və məqsədyönlü iş aparılması tələb olunurdu. İqtisadi sahədə isə azad bazar iqtisadiyyatının və cəmiyyətin hər bir üzvü üçün layiqli həyat şəraitinin təmin edəcək sosial – iqtisadi sistemin yaradılması əsas məqsədlərdən idi. Yuxarıda adlarını sadaladığımız vəzifələrin həyata keçirilməsi cəmiyyət həyatının bütün sferalarında dərin və köklü islahatların aparılmasını tələb edirdi.
Azərbaycanın xarici siyasətində  əsaslı dönüş Ümummilli liderin hakimiyyətə qayıdışından (1993) sonra baş verdi. Azərbaycanın beynəlxalq aləmdə tanınması və dünya birliyində layiq olduğu yerini tutması üçün görülən böyük işlər nəticəsində əvvəlki illərdə buraxılmış kobud səhflər aradan qaldırıldı. Azərbaycanın müstəqilliyini, suverenliyini tanıyan dövlətlərin sayı getdikcə artmağa başladı. Möhtərəm Heydər Əliyevin Böyük Britaniyaya, Almaniyaya, Fransaya, Çinə, Rusiya Federasiyasına, ABŞ-a, İtaliyaya və başqa ölkələrə səfərləri xarici siyasət sahəsində  əldə olunan uğurların əsas nümunəsi kimi dəyərləndirilməlidir. Səfərlərin hər birində Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə bağlı dünya ictimaiyyətində geniş məlumat vermiş Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlledilməsi və Qafqazda sülh yaradılması naminə böyük səylər göstərilmişdir. 1997- ci ilin avqustunda Heydər Əliyevin ABŞ- a səfərini   xarici siyasət sahəsində ölkəmizin ən böyük uğuru hesab etmək olar. Bu səfər zamanı Ağ evdə imzalanmış birgə bəyanat, neft müqavilələri və digər vacib sənədlər  Azərbaycanla ABŞ-ın əməkdaşlığını yeni mərhələyə gətirmişdir.
Azərbaycanın xarici siyasətinin əsas aspektlərinin müəyyənləşdirilməsində Heydər Əliyevin   müxtəlif yığıncaqlarda və iclaslarda etdiyi çıxışlar əsas rol oynamışdı. Belə ki, Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisdəki  çıxışında Azərbaycan Respublikasının xarici siyasət kursuna toxunaraq demişdi: “Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili  siyasətinin hansı istiqamətdə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yarat-malıyıq”. O dövr üçün aparılan siyasi kurs göstərir ki, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi Azərbaycanın xarici siyasətin piraritet sahəsi olmuşdur.
Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz siyasi və dövlət böhranından xilas oldu. İqtisadi böhran məngəsindən qutardı. Respublikada siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başladı.  Prezident Heydər Əliyevin rəhbərliyi altında mülkiyyət münasibətlərini dəyişən özəlləşdirmə proqramı, torpağın xüsusi mülkiyyətə verilməsini nəzərdə tutan “Torpaq islahatı haqqında”  və digər bir sıra qanunlar qəbul edildi və həyata keçirilməyə başladı.
Azərbaycanın iqtisadiyyatını qaldırmaq, çox zəngin təbii ehtiyatlar potensialını hərəkətə gətirmək,  müstəqilliyimizin ilk illərində daha vacib idi. Bunun üçün xarici investisiyanı   Azərbaycana cəlb edilməsi zəruri məsələ idi. Bu məqsədlə Xəzər dənizinin Azərbaycan sektorundakı bir sıra neft yataqlarının birgə işlənməsi məsələsinə dair dünyanın iri neft şirkətləri konsorsiumu ilə 1994-cü il sentyabrın 20- də “ Əsrin müqaviləsi ” kimi məşhurlanan böyük neft kontraktının imzalanması Azərbaycanın siyasi, iqtisadi həyatında ən əhəmiyyətli hadisələrdən biri  olmuşdu.
Cənab Heydər Əliyev yüksək tarixi əhəmiyyətə malik “ Əsrin müqaviləsi”-nin İmzalanma mərasimində çıxış edərək demişdi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün , dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının  suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın  öz sərvətlərinə özünün sahib olduğunu, dünyaya bir daha nümayiş etdirdik. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycanın iqtisadiyyatına qovuşması üçün şərait yaradırıq.”
Öz çıxışı ilə Ulu öndər Azərbaycanın iqtisadi siyasətinin əsas aspektlərinə toxunaraq,  müstəqil Azərbaycan dövlətinin  bazar iqtisadiyyatı yolu ilə getmək əzmində olduğunu   və müqaviləni   imzalamaqla xarici dövlətlərin  Azərbaycana investisiya qoymasına əsaslı yol açıldığını qeyd etmişdi. Bununla yanaşı digər sahələrdə çalışan şirkətlərin də, Azərbaycanda fəaliyyət göstərməsinə zəmin olduğunu göstərirdi. Ölkə başçısı bu fikirləri ilə bir daha Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya nümayiş etdirirdi.
Heydər Əliyevin 1993-cü il iyunun 15-də Parlamentdə etdiyi çıxış Azərbaycan Respublikasının gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsində böyük rola malik olmuşdu.  O, çıxışında qeyd etmişdir ki, “biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizaiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan illərdən, əsrlərdən sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır.
Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən biri  milli münasibətlərdə mövcud olan gərginliyin aradan qaldırılması və  ümumiyyətlə milli məsələyə dair mövcud olan problemlərin aradan qaldırılması olmuşdu.  Ulu öndər bəyan edirdi ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da, vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır. Əgər biz bu məvhumları rəhbər tuta bilsək və bunu əməli sürətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün  millətlərin tam birliyini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq.
Azərbaycan iqtisadiyyatının gələcək inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin müxtəlif iqtisadi formalarda, toplantılarda etdiyi çıxışlar və söylədiyi nitqlər həlledici rol oynamışdı. Bu baxımdan Heydər Əliyevin müntəzəm olaraq keçirilən “Xəzər neft-qaz” sərgisinin 1996-cı ildəki açılış mərasimində etdiyi çıxışı diqqətə layiqdir. Bu çıxışların hamısında Azərbaycanın iqtisadiyyatının bütün dünyaya açıq olması, onun
dünya iqtisadiyyatına inteqrasiya etmək istəyini nümayiş etdirmək məqsədi güdüldüyü aydın görünür.  Çıxışlarının birində deyir: “Biz, məhz bu yolla dönmədən gedəcək, azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərini Azərbaycanda dönmədən həyata keçirəcəyik, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyasının inkişafı üçün bütün ölkələrlə və dünyanın bütün şirkətləri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq edəcəyik”
Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi, layiq olduğu yeri Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra tutdu. Azərbaycanın haqq işi dünya miqyasında tanınmağa başlandı. Daxili vəziyyətin sabitləşməsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi barədə xarici neft şirkətləri ilə müqavilə imzalandı, ölkədə siyasi və iqtisadi islahatların, özəlləşdirmənin həyata keçirilməsi imkanı gerçəkləşdi. Azərbay-canda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, demokratik təsisatların yaranmasına yol açan yeni konstitusiya qəbul edildi. İki dəfə demokratik şəraitdə majoritar və proporsional seçki sistemləri əsasında Milli Məclisə seçkilər keçirildi. İstər daxildə, istərsə də xaricdə düşmən-lərimizin çoxsaylı təxribatlarına, vətən və torpaq dəllallarının satqınlığına baxmayaraq Azərbay-canın müstəqilliyinin dönməzliyi və əbədiliyi təmin edildi.
Ümummilli lider Heydər Əliyev Respublikamızda demokratik, hüquqi dövlət quruculuğu prosesini, insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək göstərirdi ki, “...Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, söz azadlığı, tamamilə təmin olunubdur. Siyasi plüralizm hökm sürür. Hər şey demikratik prinsiplər əsasındadır”. Azərbaycanın müstəqilliyə qovuşduğu ilk onilliyin təcürbəsi, xüsusilə 1993-2003-cü illərdə aparılan siyasət və onun nəticələri bir daha göstərir ki, Ulu öndər Heydər əliyevin sayəsində Azərbaycanın müstəqilliyi və demokratik dövlət quruculuğu təmin edilmişdir.
Müəllif: Aysu Müqabil qızı Bülbülzadə,
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin
Elmi Araşdırmalar, Ekspozisiya  və fond şöbəsinin əməkdaşı.
Şəffaflıq.az
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA BİRİNCİ RƏHBƏRLİYİ DÖVRÜNDƏ QUBANIN SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİYYƏT SAHƏLƏRİNİN VƏZİYYƏTİ
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA  BİRİNCİ RƏHBƏRLİYİ  DÖVRÜNDƏ
QUBANIN SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİYYƏT SAHƏLƏRİNİN VƏZİYYƏTİ
(1969-1982-ci illər)
XX əsrin 70-ci illərinə qədər Sovetlər İttifaqında Azərbaycanın iqtisadiyyatı, xüsusilə onun əsas qolu olan kənd təsərrüfatı geridə qalmış bir sahə idi. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da əsaslı dönüş yarandı. Ulu Öndər yaranmış böhranlı vəziyyəti təhlil etmək və çıxış yolu tapmaq məqsədilə kənd təsərrüfatının bütün sahələrinin geridə qalma səbəbləri, həmçinin hər bölgənin potensial imkanları araşdırılmış, perspektiv inkişaf yolları, yeni, daha səmərəli texnologiya və elmi əsaslarla təşkil olunması müəyyənləşdirilmişdir.
Bu elə bir dövr idi ki, rəhbərdən xalqın itirilmiş ümidlərini qaytarmaq, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında kök salmış geriliyə son qoyaraq, yeni inkişaf yollarını axtarıb tapmaq tələb olunurdu. Tənəzzüldən yeganə çıxış yolunu bütövlükdə Azərbaycanın iqtisadiyyatını sağlamlaşdırmaqda görən Ulu Öndər mövcud vəziyyəti dərindən təhlil edib bununla bağlı konkret vəzifələr müəyyən etdi. Respublika iqtisadiyyatına rəhbərlik sahəsində buraxılan səhvlərin və qüsurların kökünü kəsmək, bütün səviyyələrdə intizamı möhkəmlətmək, tapşırılan iş üçün kadrların tələbkarlığını və məsuliyyətini artırmaq sahəsində qəti və ciddi tədbirlər görüldü. Respublikanın kənd təsərrüfatının daimi inkişafı haqqında düşünən Heydər Əliyev əldə edilən təcrübəni və yeni imkanları təhlil edərək, intensiv amillərin tətbiqinin genişləndirilməsi və məhsuldarlığın yüksəldilməsi hesabına kənd təsərrüfatının sürətli inkişafına nail olmaq vəzifəsini irəli sürdü və ittifaq rəhbərliyinə konkret təkliflər verdi. Göstərilən qərarların respublikada icrası nəticəsində kənd təsərrüfatının bütün sahələrində olan irəliləyişlər Azərbaycan kəndinin sosial-iqtisadi simasını kökündən dəyişdirdi.
Təbii ki, o dövr baş verən mütərəqqi proseslərdən kənd təsərrüfatının üstünlük təşkil etdiyi Quba rayonu da diqqətdən kənarda qalmadı. Rayonun kənd təsərrüfatında müxtəlif məhsullar yetişdirilməsinə baxmayaraq, əsas bağçılıq sahəsi olan almanın xüsusi yeri var idi. Qubada əsrlər boyu əhalinin şəxsi bağlarında alma becərilmiş və Azərbaycanın müxtəlif yerlərinə daşınaraq satılmışdır.
Hələ XX əsrin əvvəllərində Mərdəkanda yaradılmış Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq məqsədilə 1964-cü ildən Qubada fəaliyyətinə davam etmişdir.
Lakin almanın daha geniş becərilməsi və iqtisadiyyatın ayrıca bir sahəsinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərə təsadüf edir. Həmin dövr Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmiş və Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə “Meyvəçiliyin intensivləşməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” hökumət qərarının qəbul olunması Azərbaycanda bağçılıq təsərrüfatının inkişafında sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu.
Ümumi sahəsi 2620 kvadrat kilometr olan rayonun 163470 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi var. Rayon ərazisinin 52707 hektarını isə meşə sahələri təşkil edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1970-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meyvəçiliyin inkişafı ilə əlaqədar qəbul etdiyi iki mühüm qərarın icrası nəticəsində Qubada 1975-1982-ci illərdə 10 min hektardan çox bağ salınıb. Məhz bu qayğının nəticəsidir ki, rayonda aqrar bölmənin aparıcı sahəsi olan meyvəçilik yüksək sürətlə inkişaf edib. Bu qərardan sonra respublika iqtisadiyyatının tənzimlənməsi və daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı və bir neçə il ərzində təkcə Qubada 14 min hektarda intensiv tipli yeni bağlar salındı (palmet, spur alma növləri). Yerli alimlərin apardığı araşdırmalardan sonra əsasən Macarıstan və Moldovadan Azərbaycana əlavə olaraq məhsuldar alma sortları gətirildi. Ümummilli Lider keçmiş sovet respublikalarından mütəxəssisləri Qubaya dəvət etmişdi. SSRİ kimi nəhəng bir ölkə rəhbərliyinin 15 müttəfiq respublika arasında Azərbaycanın aqrar sənaye kompleksinin inkişafına dair mühüm qərarın qəbul edilməsi o dövr üçün çox böyük siyasi-iqtisadi hadisə idi.
Həmin dövrdə aparılmış statistik göstəricilərdə bu faktı bir daha sübut edir. 1979-1981 arayışlarına əsasən meyvəçiliyinin rentabelliyi 1976-ci ildə 66,7%, 1977-ci ildə 83,3%, 1978-ci ildə 103,1% olmuşdur. Meyvə istehsalı artırılaraq X beşillikdə nəzərdə tutulan 182.100 ton əvəzinə, beşilliyin dörd ilində 196.259 ton meyvə istehsal olunub dövlətə satılmışdır ki, bu da bütövlükdə VIII beşillikdən 100 min ton, IX beşillikdəkindən 63 ton çox idi. Rayonun təsərrüfatlarında mövcud bağlara aqrotexniki xidmətlərin yaxşılaşdırılması və həmin sahəyə diqqətin daha da gücləndirilməsi nəticəsində olmuşdur.
Meyvə istehsalının artırılmasında “Partiyanın XXII qurultayı” adına, “SSRİ-nin 50 illiyi” adına, “Şərq”, “Meyvə tingliyi” və “S.Vurğun” adına sovxozlarının zəhmətkeşlərinin böyük əməyi olmuşdur. Təbii ki, Ümummilli Lider sadə zəhmətkeş xalqın əməyini yüksək dəyərləndirmişdir. Təsərrüfatda işləyən yüksək əmək nümunələri və fəal ictimai  heyətinin 1970-ci il aprel ayı Quba rayonu üzrə 1500 nəfərdən çox zəhmətkeşi “Rəşadətli əməyə görə” medallarla təltif olunmuşdur. 1973-cü və 1976-cı illərdə Ümumittifaq sosialiazm yarışlarında  uğurlarına, həmçinin bir sıra kənd təsərrüfatı məhsullarının artırılması və dövlətə satışı üzrə öhdəliklərin yerinə yetirilməsində yüksək nailiyyətlər əldə edilməsinə görə, qubalı zəhmətkeşlərinin “Əmək veteranı” medalı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin növbəti fərmanı verilmişdir.
Bu göstəricilər sırasına həmin illərdə I Nügədi “Jdanov” adına sovxozda bağban vəzifəsində çalışan Tahir Cəbrayılovun, Vladimirovka “XXII partiya qurultayı” adına sovxozda çalışan bağban Abuzər Bayraqdarovun “Sosialist Əməyi Qəhrəmanı” ordeni ilə təltif olunmasını da qeyd etmək olar.Sonralar Ulu Öndər Moskvada yüksək dövlət vəzifəsində işlədiyi dövrdə Azərbaycana səfəri çərçivəsində Qubada da olmuş, respublikamıza rəhbərlik etdiyi dönəmdə salınan instensiv meyvə bağlarının vəziyyəti ilə yaxından maraqlanmışdır.
Müstəqillliyin bərpasından sonra Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə aqrar islahatlara start veriləndə artıq Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan meyvə bağları vətəndaşların xüsusi mülkiyyətinə verildi. Müasir dovrdə sahibkarlar yığılan məhsulun bir hissəsini daxili bazarlara göndərir, bir hissəsini isə Azərbaycan brendi kimi Belorusiyaya, Qazaxıstana, Ukraynaya və s. ölkələrə ixrac edir.
Bəli, məhz Ulu Öndərin təşəbbüsü və göstərişləri əsasında təməli qoyulan intensiv bağçılıq müasir dövrdə dinamik inkişaf edir, meyvəçilikdə yeni texnologiyaların tətbiqi ildən-ilə genişlənir.
Bağçılıq sahəsi ilə yanaşı, Ulu Öndərin hakimiyyətinin hələ ilk illərindən Quba rayonun digər sosial-iqtisadi sahələrinin inkişafı üçün əsaslı tədbirlər görülmüşdür. Bu baxımdan 16 iyun 1970-ci tarixli Quba rayon icraiyyə komitəsinin tədbirlər planını da diqqətə layiqdir. Adı çəkilən sənəddə Quba şəhərində Qızıl Əsgər (indiki Fətəli xan küçəsi) küçəsində bir neçə 5 mərtəbə yaşayış binalarının tikintisinə başlaması, şəhərdə “50 illik” adına (indiki Nizami parkı) parkda pilləkənlərin qoyulması, 650 nəfərlik Mədəniyyət sarayının tikintisini başa çatdırması, rayonun 8 kəndində yeni kitabxana açılması, Xınalığa elektrik xətti çəkilməsi, şəhəri və qəsəbəni su kəmərinin tikintisin başa çatdırması, küçələrini asfalt döşəməsi, işıqlandırılmasını artırması, çay daşqınlarından qorumaq üçün çayqırağı sahillərdə dambanın inşası, 40 yeni ticarət və iaşə obyektləri açılması, 140 nəfərlik uşaq bağçasını, 400 nəfərlik kinoteatr tikintisi və s. işlərin görülməsi planlaşdırılmışdır.
Məhz 1970-ci illərin sonu-80-ci illərin əvvəllərində Quba şəhərinin özündə Mədəniyyət sarayı (1967-76-cı illər), görkəmli rəssam Mikayıl Abdullayevin tərtibatçılığı ilə Baş meydanının abadlaşdırılması, Kooperativlər İttifaqının binası, üç mərtəbəli Mərkəzi Univermaq, 4 mərtəbəli Müəllimlərin Kooperativ binası, Rayon Mərkəzi Xəstəxananın ətrafındakı 5 mərtəbəli binalar, Qan köçürmə İnstitutu, Peşə məktəbi binasının inşa edilməsi başa çatdırılmışdır.
1969-82-ci illərdə rayonun II Nügədi, Qusar yolunda (Şimi dərəsi) su anbarlarının qurulması, Qudyalçaydan gedən qolun Samur-Dəvəçi kanalına birləşdirilməsi (qidrouzel), Alekseyevkada böyük heyvandarlıq fermalarının salınması, iaişə, ticarət obyektləri, mağazalar, rayon kənd soveti binalarının tikintisi, 1000, 2000 tonluq meyvə qəbulu məntəqələrinin, soyuducuların, artezian quyularının qazılması, yaşayış evlərinin, klubların tikilməsi kimi işlər görülmüşdür.
Ulu Öndərin qayğısı maarif və mədəniyyət sahəsindən də kənarda qalmamışdır. 1976-1977-ci illərdə Quba rayonunda 18 məktəbəqədər uşaq müəssisəsi var idi.  Qubanın kəndləri olan Alpan, Digah, I Nügədi, Qam-Qam, Çiçi, Zərdabi, Qırmızı Qəsəbədə məktəb binaları inşa olunmuş, 140 ümumtəhsil məktəbində 32300, iki texniki peşə məktəbində 1074, bir orta ixtisas təhsil məktəbində 402 şagird oxuyurdu. Xalq teatrı, diyarşünaslıq muzeyi, rayonlararası xalq yaradıcılığı evi, 12 mədəniyyət evi, 104 kitabxana, 80 klub, 34 kinoqurğu fəaliyyət göstərirdi.
Bununla yanaşı, 1972-ci ildə “Şəfəq” qəzetinin birinci nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar redaksiya işçilərinin Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunması haqqında qərar verilmişdir.
Ulu Öndərin zəhmətkeş xalqı hər zaman düşündüyünü onun gördüyü quruculuq işlərində,   adət-ənənəmizi yaşatmasında, təbliğ etməsində əks olunmuşdur. Onun hakimiyyətdə olduğu müddətdə Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Qubada da 1971-ci ildən 1982-ci ilədək “Məhsul”, “Əmək və dostluq” bayramları keçirilmişdir.
1969-1982-ci illərdə keçirilən islahatlar respublikanın mütərəqqi, sürətli inkişafını, əhalinin maddi rifah halının yaxşılaşmasını təmin etmiş, mədəni və mənəvi həyatını yüksəltmişdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi uğurlu siyasət onun görkəmli dövlət xadimi, uzaqgörən, müdrik, milli dəyərləri yüksək olan rəhbər olduğunu bir daha sübut etmişdi.
Mehriban Əliyeva
Quba «Soyqırımı Memorial Kompleksi»nin direktor müavini
Nazilə Məmmədova
Quba «Soyqırımı Memorial Kompleksi»nin aparıcı mütəxəssisi
"İran Azərbaycan və Türkiyəyə qarşı münasibətini dəyişməlidir" - Ekspert
"Yaxşı olardı ki, nə qədər gec deyil, İran KİV-lərində, ayrı-ayrı ölkələrdə, təcavüzkar Ermənistan da, Yaxın və Orta Şərq ölkələrindəki dini-ideoloji qruplaşmaları dəstəkləmək əvəzinə regionda sülh və təhlükəsizliyə xidmət edən əməkdaşlıq üçün addım atsın".
Bu fikirləri Şəffaflıq.az-a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib. Müsahibimiz vurğuladı ki, İran Azərbaycan və Türkiyə dövlətinə münasibətini, mövqeyini dəyişməli, qanun və hüquqla rəftar etməlidir.
Sübhan Talıblı
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini, bu hadisəni şiddətlə qınadığını bildirərək qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. Terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib. Beynəlxalq hüquqi nöqteyi-nəzərdən isə İran İslam Respublikasının imzaladığı və öhdəlik götürdüyü beynəlxalq qanunlara, konvensiyalara bu ölkənin müvafiq qurumları tərəfindən əməl edilməmiş, nəticədə Azərbaycan səfirliyi silahlı hücuma, terrora məruz qalmış və səfirliyin 1 əməkdaşı öldürülmüş, 2 əməkdaşı yaralanmışdır. Hadisə ilə bağlı kadrlar, müşahidələr, xarici və yerli KİV-dəki, eləcə də İrandakı xəbərlər, məlumatlar, terroru törədənin İranın KİV-lərinə verdiyi müsahibə və qatilin davranışları bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin təhlükəsizliyi həm İranın hüquq-mühafizə orqanları tərəfindən hüquqi və lazımi şəkildə mühafizə olunmur, həm də bu əvvəlcədən hazırlanmış, planlaşdırılmış terror hadisəsidir".
Sübhan Talıblı bildirdi ki, İranı yaxşı tanıyan mütəxəssislər və dünya diplomatları İran haqqında deyirlər ki, İran diplomatları bir cür deyir, bir cür yazır, amma əməldə isə bunun əksini edirlər.
S.Talıblı onu da xatırlatdı ki, vaxtilə İranın bir sıra dini, iqtisadi, ticari, sosial və s. idarə və obyektlərinin imzalanmış sənədlərə, Azərbaycan dövlətçiliyinə və milli maraqlarına zidd olduqları üçün fəaliyyətləri dayandırılıb.
"Hətta 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olan səfirliyimizin binası Azərbaycanın mülkiyyəti hesab olunsa da, həmin binanın önündə kiçik işarə, əlamət, barelyef belə vurulmamışdır. Bütün bunlar Azərbaycan dövlətinə haqq və hüquq verir ki, İranın Bakıdakı Səfirliyinin və digər obyektlərinin fəaliyyəti, onun əməkdaşlarının ştat tərkibinin azadılmasını tələb etsin. Ya da Tehranda Azərbaycan Respublikasına Səfirlik və Mədəniyyət Mərkəzi, Təbrizdə Konsulluq üçün ərazi və binalar verilsin, onların beynəlxalq hüquqa, Vyana Konvensiyasına uyğun olaraq fəaliyyət göstərmələrinə, Azərbaycanın səfirliyinin ştat tərkibinin artırılmasına şərait yaradılsın.
Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini X.Xələfov da bildirib ki, Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə onun təhlükəsizliyinə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İranın bir dövlət kimi məsuliyyət daşıdığını vurğulayıb. Ümumiyyətlə İran Azərbaycan və Türkiyə dövlətinə münasibətini, mövqeyini dəyişməli, qanun və hüquqla rəftar etməlidir. Təbii ki, Türkiyə, Azərbaycan dövləti və xalqı ona qarşı olan hər bir hücumu, terroru, təcavüzü dəf etməyə qadirdir. Bu, Azərbaycan səfirliyinin əməkdaşının əliyalın, silahsız halda səfirliyimizə hücum edən terrorçunu zərərsizləşdirməsində açıq-aydın nümayiş olundu".
Dəyanət İsmayılov.
Şəffaflıq.az
Uşaqlarla işləyən mərkəzlərin işçiləri psixoloji testlərdən keçməlidir.–FOTO
Son bir neçə gündə sosial şəbəkələrdə uşaqlar üçün nəzərdə tutulan reabilitasiya mərkəzində sağlamlıq məhdudiyyətli uşağın döyülməsi ilə bağlı görüntülər yayılıb. Bu tip hallara daha öncələrdə də rast gəlinirdi. Hadisənin Neftçilər metro stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində qeydə alındığı bildirilir.
Məsələ ilə bağlı Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlığının qorunmasında əvəzsiz rolu olan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov “Şəffaflıq.az”a açıqlama verib.
Sədr bildirib ki, uşaqlara qarşı zorakılıq halına yol verən hər bir kəssərt şəkildə cəzalandırılmalıdır. Bu tip halların gələcəkdə də, baş verməməsi üçün ölkədə fəaliyyətdə olan məktəblər, bağçalar, uşaq mərkəzləri və bir çox reablitasiya mərkəzlərininin əməkdaşları psixoloji testlərdən keçməlidirlər.
İşə götürən tərəf bu testlərin keçirilməsində məhsuliyyətli və maraqlı olmalıdır. Psixoloji problemi olan insanların uşaqlarla ən vacibi sağlamlıq məhdudiyyətli uşaqlarla işləməsinə yol verilməməlidir.
Assosiasiya sədri vətəndaş cəmiyyətinin nümayəndələrini bu tip halların qarşısının alınmasında təşəbbüs qrupları yaratmağa çağırıb.
Sonda Assosiasiya sədri uşaqlara qarşı zorakılıq edənlərin öz cəzasını almaları üçün lazimi addımların atılmasının vacibliyini bildirib.
Vahid  İsmayılov.
Şəffaflıq.az
44 günlük Vətən Müharibəsindən sonrakı real vəziyyət barədə
Azərbaycanda müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 200-dən çox hərbçi, mülki şəxs həlak olub və ya ağır yaralanıb”.
“Şəffaflıq” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə ABŞ-dan olan professor Brenda Şafferin sualını cavablandırarkən söyləyib.
Dövlət başçısının sözlərinə görə, minatəmizləmə prosesi vaxt və maliyyə tələb edir.
“Minatəmizləmə Agentliyi uzun illər əvvəl yaradılıb və indi biz işçilərin sayını artırır və yeni texnika, o cümlədən minalara məruz qalmış əraziləri aşkar edə bilən pilotsuz uçuş aparatları kimi çox mürəkkəb cihazlar alırıq. İndiyədək minaları təmizləməkdə bizə yardımçı olan bir qrup türkiyəli mütəxəssisimiz var idi, lakin, əlbəttə, geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız olacaq”, - Prezident bildirib.
Xocallı Faciəsinin 30-cu ildönümünə dair... Bəşəriyyətə qarşı yönəldilmiş vandalizm aktı
Bəşəriyyətə qarşı yönəldilmiş vandalizm aktı
Erməni-faşist təfəkkürünün dəhşətli cinayəti olan Xocalı faciəsinin 30 ili tamam olur. 1992-ci ilin fevral ayının 26-da haylar (ermənilər) tərəfindən törədilən dəhşətli qətliam təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı çevrilmiş misli görünməmiş vandalizim aktıdır. Baş verən bu ağır, tükürpədən qəddarlıq, insanlığa qarşı törədilən ağlasığılmaz vəhşilik dağılmaqda olan bir imperiyanın Qafqazda təsir dairəsini, nüfuzunu qoruyub-saxlamaq, bu regionda əsas vassalı olan, XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında süni olaraq yaradılan Ermənistanın bu istəkdən maksimum yararlanması üçün istifadə etməsilə birbaşa bağlıdır.
XX yüzülliyin sonunda təkcə dağılmaqda olan sovet imperiyası deyil, həm də bir sıra dünya gücləri də Qafqazda istəklərinə nail olmaq üçün məhz tarixdə ikiüzlü, xain millət imici qazanmış hayları seçmişdilər. Bunun səbəbi nədə idi? Təbii ki, həm XX əsrin 80-ci illərinin sonu və 90-cı ildə SSRİ-nin tərkibində olan Azərbaycanın rəhbərlərinin, 91-92-ci llərdə yenicə dövlət müstəqilliyini elan etmiş Azərbaycan hakimiyyətinin yanlış xarici və daxili siyasəti, həm də erməni diasporunun geniş miqyaslı fəaliyyəti bunu şərtləndirən amillər idi. Bütün bunların fonunda dünyanın erməni lobbisi və ermənipərəst qüvvələr tərəfdən müxtəlif üsullarla ələ alınan xarici hakim dairələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq və ya gizli şəkildə dəstəkləyir, xalqımıza qarşı həyata keçirilən cinayətlərə göz yumurdular. Qarabağda azərbaycanlılar yaşayan kəndlərin, qəsəbələrin erməni quldurları tərəfindən yandırılması, azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsinin bir səbəbi də o zamanki iqtidarın səbatsızlığı, qətiyyətsizliyi, özünü müxalifət adlandıran bir sıra qüvvələrin isə işğala məruz qalan torpaqlarımızın müdafiəsi uğrunda aparılan mübarizəni hakimiyyət uğrunda çevirmələri idi. Bunun da nəticəsində 1991-ci ildə və 1992-ci ilin yanvar, fevral aylarında Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kəndlərin demək olar ki, hamısı erməni silahlı dəstələri tərəfindən ələ keçirilmişdi. Növbə Xocalıya çatmışdı. 1991-ci ilin payızında Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən əsasən blokadaya alınmışdı. Azərbaycan Respublikasının daxili qoşunlarının Qarabağın dağlıq hissəsindən çıxarılmasından sonra şəhər tam blokadada idi. 1992-ci ilin yanvar ayından Xocalıya elektrik enerjisi verilmirdi.
Əhalinin bir hissəsi blokadada olan şəhərdən çıxarılmışdı. Ermənilərin Xocalıya hücumu ərəfəsində şəhərdə 4 min nəfərə yaxın dinc əhali qalmışdı. Yerli əhali ilə yanaşı Xocalıda Fərqanədən qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş insanların bəziləri məskunlaşmışdı. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən yüngül atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və yeni yaradılmımış Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
1992-ci ilin fevral ayının ikinci yarısından Xocalı tam mühasirədə idi və hər gün toplardan, ağır texnikadan atəşlərə, həmlələrə məruz qalırdı. Xocalıya sonuncu dəfə helikopter yanvarın 28-də gəlmişdi. Xocalı mənfur düşmən mühasirəsində boğulurdu.
Xocalının yardım istəyən səsi, harayı kar olmuş iqtidara, nə də o dövrdə real qüvvə, güc olan AXC rəhbərliyinə təsir edirdi.
Birincilər hakimiyyətdə qalmaq, vəzifələrini qorumaq hayında, ikincilər isə nə yolla olursa-olsun hakimiyyətə gəlmək arzusunda, həvəsində idi.
Ermənilər həmlələri gücləndirir, Xankəndi ilə Əsgəran yolunun üstündə Azərbaycanın yeganə dayaq məntəqəsi kimi qalmış Xocalını azərbaycanlıların əlində olan Xocalı hava limanını ələ keçirmək üçün səylərini artırırdılar. İqtidar nümayəndələri Ağdam şəhərindən, Rəhim Qazıyev və ətrafındakılar isə Şuşa şəhərindən ölüm-dirim savaşında olan, son günlərini yaşayan Xocalını laqeyidliklə, soyuqqanlı şəkildə seyr edirdilər.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxarılması ilə başlanmışdı. Düşmən qüvvələr toplardan, tanklardan, “Alazan” tipli zenit qurğularından şəhəri 2 saat atəşə tutduqdan sonra 3 istiqamətdən şəhərə hücum etdilər. Dinc əhali Əsgəran istiqamətində qaçmağa məcbur oldu.
Əvvəlcədən hazırlanmış plana əsasən əhalinin qarşısı Naxçıvanlı (Naxçıvanik) kəndi yaxınlığında kəsildi və əhali güclü atəşə tutuldu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanlı düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.
Azərbaycan rəhbərliyi faciəni xalqdan gizlətməyə, miqyasını kiçiltməyə uğusuz cəhd göstərdi. Müxalifət isə xalqı mübarizəyə çağırmaq, iqtidarından təcili tədbirlər görməyi tələb etmək əvəzinə yaranmış vəziyyətdən istifadə edərək hakimiyyətə gəlmək üçün mübarizəyə başladı.
Xarici mətbuatda Xocalı faciəsi barədə ilk məlumat verənlərdən biri olan “Vaşinqton Post” qəzeti 2 mart 1992-ci il nömrəsində yazırdı: “Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilib? Bunun ardınca “Nyu- York Tayms” (3.03.1992) “ Faynenşl Tayms” (9.03.1992), “Le Mond”(14.03.1992), “İzvestiya”(4.03.1992. 13.03.1992), “ Tayms”(1.03.1992), “Nyusuix” (16.03.1992) və s. qəzetlərdə bir-birindən dəhşətli, ürək parçalayan, tükürpərdən yazılar verildi, ermənilərin törətdikləri vəhşi əməllərdən danışıldı. Hadisə yerinə gələn, sağ qalmış Xocalı sakinləri ilə görüşən, qətlə yetirilmiş mülki şəxslərin meyitlərini görən xarici jurnalistlər, erməni vəhşiliyindən dəhşətə gəlmişdilər.
Başlarının dərisi soyulmuş, diri-diri yandırılmış, təhqir edilmiş, başları sonradan qoparılmış, qarnı yırtılmış, sinəsi deşilmiş, əlləri-ayaqları kəsilmiş cəsədləri görən jurnalistlərin əksəriyyəti erməni vandalizminin insanlıqla bir araya sığmadığı barədə yazaraq bunu bəşəriyyətə qarşı çevrilmiş cinayət olduğunu göstərdilər.
Yuri Pompeyev “Qarabağ qan girdabında” adlı kitabında yazır: Xocalı faciəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı.
Milliyətcə erməni olan yazıçılar, jurnalistlər də törədilən vəhşilikləri yazılarında etiraf edirlər. Livanlı yazıçı-jurnalist Daud Xeyriyan “ Xaç uğrunda” kitabında yazırdı: “Bəzən çaşıb ayaqlarımızı meyitlərin üstünə qoyub keçib gedirdik. Bataqlıqdan keçmək üçün ölənləri sıraya düzüb üstündən keçib getməyə başladıq... Mən ayaqlarımı sir-sifəti qana bulanmış bir qızın sinəsinə qoydum... Ayaqlarım, fotoaparatım, dizim bütün qan içərisində idi”.
Erməni faşizminin ideoloqlarından Zori Balayan kitabında azərbaycanlı oğlan uşağının diri-diri divara mıxlayaraq dərisinin soyulmasından, özünün də bu dəhşətli, insanlığa sığışmayan hadisədə iştirakından, qan itirən uşağın ölümündən qürurla yazır və bu zaman fəxrlə ruhunun dirçəlməsindən bəhs edir.
Sonralar Ermənistanın Prezidenti olmuş Serj Sakisyan isə başqa bir məqama toxunaraq yazır ki, Xocalının işğalına qədər azərbaycanlılar inanmaq istəmirdilər ki, biz dinc əhalini kütləvi şəkildə qıra bilərik. Biz sübut etdik ki, hər şeyə qadirik.
Xocalı faciəsindən çoxlu sayda kitablar məqalələr yazılıb, dəhşətli olayların sağ qalmış şahidlərinin söylədikləri, qeydə alınıb.
Hər dəfə bu yazıları oxuyarkən, şahidləri dinləyərkən, insan ilk dəfə keçirdiyi hissləri təkrar yaşayır. Bu barədə yazarkən qələm insanın əlində əsir, göz yaşları insanın gözlərini torlandırır, qəhər insanı boğur, ürəyi az qala köksünü yırtıb çıxmaq istəyir.
“Bu dərdi demək də, yazmaq da çətin
Bu dərdin heç dərdə bənzəri yoxdur.
Bu qədər göz yaşı axan millətin
Bəs niyə ikinci Xəzəri yoxdur”.
Xocalı faciəsinə hüquqi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi.
24 fevral 1994-cü ildə Xocalı Soyqırımı (genosidi) Günü haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul etdi.
25 fevral 1997-ci ildə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə Sükut dəqiqəsi elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sərəncam verdi. Prezident Ümummilli Liderin layiqli siyasi varisi İlham Əliyev Xocalı Soyqırımına hüquqi qiymət verilməsi, bütün dünyada soyqırım kimi tanınması, qəbul edilməsi ilə bağlı Ulu Öndərin başladığı işi uğurla davam etdirir. Artıq dünyanın bir çox ölkələrin Xocalı faciəsini soyqırım kimi tanıyır və qeyd edirlər.
2020-ci ildə 44 günlük Azərbaycan-Ermənistan müharibəsində dövlətimizin qazandığı şanlı qələbə nəticəsində torpaqlarımızın çox böyük hissəsi işğaldan azad olundu. Yaranmış yeni siyasi, hərbi, diplomatik reallıqlar bizə haqq verir ki, tam inamla və qətiyyətlə deyək:
“Xocalıların 30 illik intizarına son qoyulacağı günə az qalıb. Qədim oğuz, türk yurdu olan Xocalı öz sakinlərinə Xocalılara qovuşacaq.
30 il azan səsinə, Azərbaycan dilinə, nəğmələrinə həsrət qalan Xocalı öz sahiblərinin yolunu gözləyir.
Könül Məmmədova.
Göyçay Qeydiyyat şöbəsinin rəisi.
Şəffaflıq.az
Prezident: "Bəziləri deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib. Bu, belə deyil"
"Şəffaflıq.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra çıxışı zamanı deyib.
"Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır",- deyə dövlət başçısı bildirib.
Şəffaflıq.az
Şamaxı rayonunda şəhid ailələrinə və qazilərə göstərilən qayğı - Müsahibə
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 17 saylı filialı Şamaxı şəhərində yerləşir. Həmin agentlik Şamaxı və Qobustan rayonları üzrə fəaliyyət göstərməyə başlayıb. Bu 17 saylı Filialın rəhbəri, hələlik müdir müavini vəzifəsində çalışan Mirzəyev Xətai Akif oğludur.
Əvvəlcə Xətai müəllimin özü haqqında: Mirzəyev Xətai Akif oğlu 14 dekabr 1977-ci il təvəllüdlüdür, Ağsu rayonunda anadan olub. O, 44 yaşında özünü gənc hesab edir və çalışdığı sahədə həvəskar kadrdır.
Şəffaflıq qəzetinin çəkiliş qrupu olaraq Xətai müəllimin iş yerində görüşüb xeyli söhbət etdik, hal-hazırki və həm də gələcəkdə onların iş planları barədə geniş fikir mübadiləsi apardıq. Söhbət əsnasında müəyyən olundu ki, Xətai müəllim Şamaxı rayonunda yaşayan şəhid ailələrinə və qazilərə onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, "Bravo" və "H.Əliyev" Fondu tərəfindən göndərilmiş yardımların ünvanına vaxtında çatdırılması, şəhid ailələrinə psixoloji yardımların edilməsi, onlara tibbi xidmət sahəsində və digər problemlərinin tez bir zamanda həlli üzrə qanunamüvafiq köməklik göstərilməsi ilə ciddi məşğul olur. O, sənədlər əsasında qısa müddətdə görülmüş işlər barədə bizə geniş məlumat verdi.
Xətai müəllimin bizə təqdim etdiyi sənədlərin hamısına baxdıq və heyrətə gəldik. Görülmüş işlər və yaxın perspektivdə nəzərdə tutulmuş iş planını əyani gördükdən sonra sevindiyimizdən biraz da kövrəldik. Belə ki, şəxsən o, özü 40 şəhid ailəsi və 105 qazi ilə görüşmüş, 31 dekabr 2020-ci il tarixdə onların hamısına yardımı çatdırmışdır. Mütəmadi olaraq Xətai müəllim şəhid ailələri və qazilərlə görüşlər keçirir, tez-tez telefon əlaqələri saxlayır, onların problemləri ilə maraqlanır və yerindəcə köməklik göstərir.
Bundan əlavə, Xətai müəllim hər bir şəhid ailəsi üçün xüsusi qovluq tərtib etmişdir. Həmin qovluqların əksəriyyətinə baxdıq. Orada xüsusilə şəhid ailələrinin mənzil şəraiti, ailə tərkibi və sayr sahələr üzrə blanklar doldurulmuş və aidiyyəti ünvanlara, o cümlədən Sosial Xidmət Agentliyinə göndərilmişdir. O, rayonda şəhid ailələrinin hamısına "şəhid ailəsi" statusu barədə vəsiqə verilməsini təmin etmişdir.
Qeyd edirik ki, Cənab Prezident İlham Əliyev 25.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2449 saylı sərəncam imzalamışdır. Həmin sərəncama görə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.
Görünən odur ki, Şamaxı rayonunda sərəncamdan irəli gələn bütün işlər layiqincə və vaxtında icra edilməkdədir.
Müsahibimiz Xətai müəllimin şəhid ailələrinə və qazilərə belə vətənpərvərliklə xidmət göstərməsi nümayişkəranə surətdə alqışlanır. Ona can sağlığı və öz işində uğurlar arzulayırıq. Rayon əhalisinin həssas qrupuna qarşı onun belə qayğıkeşliyi bizi həqiqətən də məmnun etdi.
Sonda Xətai müəllimin şəxsən özünə dediyimiz kimi qəzetimiz vasitəsilə də bildiririk ki, - kaş ki, Azərbaycanın bütün şəhər və rayonları üzrə bu və digər sahədə çalışan məmurların hamısı belə qayğıkeş və işində məsuliyyətli olaydı...
Hazırladı: Yanoş Məhərrəmov
Şəffaflıq.az
Əflatun Amaşov: “2020-ci ildə mediamız döyüşmək öyrəndi”
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya müsahibə verib.
Şəffaflıq.az həmin müsahibəni oxucularına təqdim edir:
- Əflatun müəllim, 2020-ci ili medianın fəaliyyəti baxımdan necə qiymətləndirərdiniz?
- 2020-ci il ümumən ölkəmizin tarixində son dərəcə mühüm il idi. İşğal altından olan torpaqlarımız azadlığına qovuşdu.
Müstəqilliyimizin elə bir ili olmamışdı ki, biz bunu xəyal etməyək, bir-birimizə arzu kimi bildirməyək. Xəyallarımız gerçəkləşdi, arzularımız reallığa çevrildi. Bir xalq üçün bundan böyük xoşbəxtliyi təsəvvürə gətirmirəm. Fürsətdən istifadə edib Vətən müharibəsindəki qələbəmizin memarı Prezident İlham Əliyevə bir daha təşəkkürümü çatdırıram. Ona nə qədər təşəkkür etsək, nə qədər minnətdarlıq hisslərimizi izhar etsək, azdır.
Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq oldu. Dövlət başçımızın da bildirdiyi kimi, “dəmir yumruq”. Biz Xalq-Hakimiyyət, Xalq-Ordu vəhdətinin nəsillərə miras qalacaq ali nümunəsini gördük. Gözəl, unudulmaz, qürur və fəxarət dolu yaşantılarımız ömrümüzü mənalandırdı. Bir anlıq dünyanı cənginə almış koronavirus pandemiyasını unutduq. Halbuki ölkəmiz üçün pandemiya ilə mübarizə də 2020-ci ilin mühüm sınaqlarından idi. Bu sınaqdan da alın açıqlığı ilə çıxmaq üçün kifayət qədər mənəvi immunitet formalaşdırmağı bacardıq.
Yekun nəticəyə gəlsək, 2020-ci ilin Vətən müharibəsində zəfərin əldə olunması və pandemiya ilə mübarizə istiqamətindəki tədbirlərlə yadda qaldığını söyləyə bilərik. Bu tədbirlərin hər birində jurnalistikamız monolit komandaya çevrildi. Media orqanlarımızın təmsilçiləri indiyədək görünməyəcək qədər fədakarlıq nümayiş etdirdilər. Doğrudur, ümumən jurnalist əməyi fədakar əməkdir. Dünyada da belə qəbul olunub. Çünki bu peşənin sahibləri ən qaynar nöqtələrdə olurlar. Kimlərsə çalışdıqları konkret sahələri düşünürlərsə, jurnalistlər ümumən cəmiyyəti, onun ruhunu və ovqatını nəzərə alırlar.
Azərbaycanda jurnalist fədakarlığı üçün daha bir xarakterik xüsusiyyət isə budur ki, ölkəmizdə media iqtisadi münasibətlər sistemində tam oturuşmayıb. İstər-istəməz maliyyə sıxıntıları var. Amma bu dediklərim əvvəlki illərdə də olub.
2020-ci ilin özəlliyini nəzərə alaraq nəticəyə gəlirəm ki, ötən il jurnalistikamız üçün fədakar fəaliyyət ilidir. Mediamız xalqımızın sınaqlardan çıxma potensialının bir növ katalizatoru rolunu oynadı. Bu, son dərəcə vacib missiya idi.
- Ötən il də, ondan əvvəlki illər də bir çox sahədə islahatların şahidi olduq. Demək mümkündürmü ki, 2020-ci ildə həm pandemiya ilə mübarizə, həm də Vətən müharibəsi sırf media sahəsindəki islahatların tempinə təsir göstərdi?
- İslahat üçün vacib məqam gözləntilərin özünü doğrultmasıdır. Medianı digər sahələr kimi təsəvvür etmək düşüncəsindən uzağam. Bu istiqamət kifayət qədər mürəkkəbdir, spesifikdir.
Onu da deyim ki, ümumən cəmiyyətimizin islahatlara yanaşmasında belə demək mümkünsə, inqilabilik gözləntisi var. Əlbəttə, bir çox sahədə reallaşdırılmış tədbirlər inqilabi mahiyyət daşıyır. Amma müəyyən proseslər var ki, davamlıdır.
Mediada ayrı-ayrı elementlərə deyil, dəyişikliyin strukturuna diqqət yetirmək daha vacibdir. Hesab edirəm ki, hazırkı yanaşma elə bu yöndədir və pozitiv yeniliklər baxımından inam yaradır. Həm də ona görə ki, güclü media orqanlarına sahiblik günümüzün vacib tələbidir, dövtlətçiliyimizin möhkəmlənməsinin müstəsna şərtidir.
- Yanaşmadan söz açdınız. Sizcə, yanaşmanın dəyişməsi nələri hədəf seçməlidir?
- Hazırkı qloballaşma dövründə informasiya amilinin nə dərəcədə böyük əhəmiyyət daşıdığından xəbərdarıq. O cümlədən bilirik ki, informasiya özündə həm də informasiya təhlükəsizliyi kimi mühüm istiqaməti birləşdirir.
44 günlük Vətən müharibəsində informasiya savaşı da apardıq. Dünyanın təzyiqini üzərimizdə hiss etdik. Sizi inandırım ki, müharibə günlərində müstəqillik illərində heç zaman üzləşmədiyimiz təzyiqlə üzləşmişdik. Bunu peşəkar adam daha yaxşı duya bilir.
Müharibə göstərdi ki, biz informasiya cəbhəsini gücləndirməliyik. Prezident İlham Əliyev 44 günün demək olar, hamısında müsahibələr verdi. Bunlar bizə informasiya cəbhəsində üstünlük qazandırdı. Halbuki müharibənin ilk günlərində beynəlxalq hüquqla özünə məxsus olan əraziləri qaytarmaq istəyən Azərbaycan az qala təcavüzkar kimi təqdim edilirdi. Bu mənfi tendensiyadan adam heyrətə gəlirdi. Beynəlxalq hüququn da, ədalətin də necə işlədiyini gördük!
Yəni sözüm ondadır ki, bu sayaq meyllərə qarşı ancaq informasiya aktivliyimizlə mübarizə apara bilərik. Media orqanlarımız daha güclü, daha interaktiv fəaliyyət göstərməlidir. Eyni zamanda media müəyyən mənada lobbiçilik etməli, bu iş sistemli qurulmalıdır.
Təbii, sistemli iş sistemli maliyyə vəsaiti də tələb edir. Baxış ayrı-ayrı kütləvi informasiya vasitələrinə maliyyə ayrılmasından daha çox, informasiya təhlükəsizliyinə vəsait yönləndirilməsi prinsipinə əsaslanmalıdır. Fikrimcə, fundamental yanaşma budur. Əlbəttə, prosesin müxtəlif tərkib hissələri də var.
- Mətbuat Şurasının ötənilki fəaliyyəti ilə bağlı hansı məqamları vurğulaya bilərsiniz. Sizcə, Şura medianın özünütənzimləmə strukturu kimi yeni çağırışlara nə dərəcədə adekvat münasibət ortaya qoya bilər?
- Təkcə Azərbaycanda deyil, ümumən dünyada Mətbuat şuralarının əsas missiyası media ilə bağlı şikayətləri araşdırmaqdır.
Prinsipial baxış bundan ibarətdir. Azərbaycanda da Şura başlıca olaraq şikayətləri araşdırır. Təbii, ölkəmizlə bağlı spesifik məqamlar var. Bilirsiniz ki, Azərbaycanda medianın dövlətsizləşdirilməsi modeli qəbul edilib. Yəni KİV dövlət nəzarətindən kənardır. Belə bir durumda media ilə bağlı şikayətləri araşdıran özünütənzimləmə qurumundan gözləntilər istər-istəməz çox olur. Bir halda ki KİV-in yol verdikləri xətalar əsasən ictimai müstəvidə qiymətləndirilir, ictimai qınaq tətbiq edilir, o zaman iki məsələyə diqqət yetirmək zərurəti meydana çıxır. Birincisi, ictimai qınağın nə dərəcədə yetərli olması. İkincisi, medianın özünün həmin qınağa necə reaksiya verməsi.
İkincidən başlayaq. Media ictimai qınağa, yəni Mətbuat Şurasının çıxardığı qərara hörmətlə yanaşırmı və ya nə dərəcədə hörmətlə yanaşır? Digər tərəfdən medianın fəaliyyətini mübahisələndirmək imkanları nə yerdədir?
İndi o qədər internet KİV yaranıb ki, heç bilə bilmirik ki, onların ofisləri haradadır. Hərənin bir saytı var. Olur ki, vətəndaşlar hansısa internet media resursunun telefon nömrəsini soruşurlar. Tapa bilmirlər. Açığı bəzən biz də tapa bilmirik. Özləri isə yazmırlar, göstərmirlər. Yəni sözüm ondadır ki, hazırda mövcud sahədə bir növ anarxiya hökm sürür. Söz və ifadə azadlığının verdiyi imkanlara münasibətdə sanki qəsd var. Bu durumu aradan qaldırmaq üçün hüquqi norma və prinsiplər təkmilləşməlidir.
Söhbət Mətbuat Şurasının prosesdə iştirakçılığından gedirsə, buna da diqqət yetirilməlidir ki, qurum səlahiyyət baxımından işin içindədirmi? Bəli, model olaraq Mətbuat Şurası demokratikdir. Çünki medianın özünütənzimləməsini rəhbər tutur. Düşünmürəm ki, bu modeldən imtina etməliyik. Sadəcə effektivlik istəyiriksə, çalışmalıyıq ki, işin norma və prinsipləri təkmilləşsin, yenilənsin.
Haqqında söz açdığım ictimai qınaq yetərlidirmi? Bu da ayrıca müzakirə mövzusudur. Bəli, görürük ki, bir çox hallarda yetərli deyil. Ancaq hətta bu halda belə tənzimləmə normalarını seçməkdə ehtiyatlı davranılmalıdır. Prinsipiallığın qanunçuluğa əsaslanmalı vacibdir. Qanunlar elə təbiətə malik olmalıdır ki, media fəaliyyətinin yaradıcılıq imkanlarında axsamalar yaranmasın.
Kimlərsə qanunlara söykənib düşünə bilməsinlər ki, onların köməyilə medianın tənqidi ruhuna qarşı çıxa bilərlər.
Əslində hər şey çox sadədir. Biz bu sahəni bilirik. Etdiyimizin və etmək istədiyimizin hansı nəticələr doğura biləcəyini proqnozlaşdırmağı bacarırıq. Niyyətimiz səliqə-sahman yaratmaqdırsa, düşünüb elə edə bilərik ki, bundan jurnalistika prinsipləri də udsun, cəmiyyət də. Uzağa getməyək, bu günlərdə Özbəkistanda diffamasiya cinayət müstəvisindən kənarlaşdırıldı. Ölkədə internet medianın hüquqi bazası formalaşdırıldı. Diqqət yetirəndə görürsən ki, bunu çox sadə şəkildə reallaşdırdılar. Belə desək, özlərindən Amerika kəşf etmədilər. Biz də həmçinin. Yenə də bildirim, çox şeylər niyyətə bağlıdır.
Mətbuat Şurası olaraq ötən illər ərzində dəfələrlə bu istiqamətdə təkliflər irəli sürdük. Söhbət hansısa toplantıda səsləndirilənlərdən getmir. Yazılı şəkildə təqdim olunmuşları deyirəm. Həmin təkliflərdə bütün detallar konkret şəkildə göstərilirdi. Əgər indiki islahat mərhələsində bunlar nəzərə alınacaqsa, inkişaf da labüddür. Məsələ onda deyil ki, həmin təkliflər Mətbuat Şurası tərəfindən irəli sürülüb. Başlıca məqam budur ki, onlar bütövlükdə media ictimaiyyətinin istək və arzularıdır.
Sualınızın birinci hissəsinə gəlincə, onu deyə bilərəm ki, ənənəvi fəaliyyət istiqaməti, yəni şikayətlərin araşdırılması öz yerində, 2020-ci ildə Mətbuat Şurasının işində də iki başlıca istiqamət var idi. Koronavirus pandemiyası və Vətən müharibəsi.
Pandemiya başlayanda biz dünya təcrübəsinə əsaslanaraq medianın prosesi işıqlandırmasına dair tövsiyələr hazırladıq və yaydıq. 6 tövsiyə xarakterli müraciətlərimiz oldu. Hesab edirəm ki, çağırışlarımız müsbət nəticələr verdi.
Şura Vətən müharibəsi dönəmində xarici media orqanlarına, o cümlədən ölkəmizin media strukturlarına müraciətlər ünvanladı. Belə sənədlərin sayı 15-dir. Hesabatımızda bununla bağlı daha geniş məlumat verəcəyimiz üçün üzərində dayanmaq istəməzdim. Sənəddə həmçinin MŞ-yə şikayətlərin sayı, təsnifatı, həyata keçirilmiş tədbirlərlə bağlı rəqəmlər açıqlanacaq. Ümumən Şura hər il gördüyü işlərlə əlaqədar cəmiyyətə hesabat verir.
- İslahatlardan söz düşmüşkən, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılmasının planlaşdırıldığı bildirilir. Bu, Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start verilməsi kimi dəyərləndirilir. Bununla bağlı nələri söyləyə bilərsiniz.
- Öncə onu deyə bilərəm ki, KİVDF-nin fəaliyyətində pozitiv meyllər yaranıb. Hiss olunur ki, orada işə kifayət qədər can yandıran komanda var. Heç şübhəsiz, nəticələr özünü gözlətməyəcək.
Ümumən, ölkəmizdə hər sahədə aparılan islahatlar Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin iradəsinin təntənəsidir. Cənab İlham Əliyevin mediaya necə həssas münasibət göstərdiyini hər birimiz bilirik. Bu münasibət sayəsində KİV-ə dövlət dəstəyi kifayət qədər fuksional əhəmiyyət daşıyır. Eyni zamanda jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması da sistemli prosesdir. Eləcə də əminəm ki, bu günlərdə anonsu verilən islahatlar da fundamental önəm kəsb edəcəkdir.
Məsələyə baxışıma gəldikdə isə, yuxarıda bu barədə kifayət qədər söz açdım. Əlavə olaraq onu deyə bilərəm ki, islahatlar medianı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsinə çevirməlidir. Elə edilməlidir ki, KİV-in iqtisadi müstəqilliyi tam təmin edilsin.
KİV sahəsində hüquqi normativ bazanın yenilənməsinə və təkmilləşməsinə ciddi ehtiyac var. Yaxşı olardı ki, KİV-in təkrar qeydiyyatı aparılsın.
İnternet medianın hüquqi statusu formalaşmalıdır. Bloqgerlik, frilanserlik kimi müasir xəbər daşıyıcılarının da hüquqi münasibətlər sistemində özünə yer tapması mütləqdir.
Ölkədə vahid KİV bankı yaradılmalıdır. Bu, bir növ, jurnalistlərin kataloqu olmalıdır. Yəni biz o kataloqa baxanda bilməliyik ki, sahədə kimlər var. Belə bir mexanizm əmək münasibətlərinin qaydaya salınmasında da müsbət rol oynayacaq.
İnternet media orqanlarından danışırıqsa, onların qanunvericilikdə məhz KİV kimi qəbulu  mütləqdir. İndiki halda bir çoxu təşkilati-hüquqi forma baxımından MMC-dir. Bu isə onları həm imtiyazlardan kənarda saxlayır, həm də onlarla bağlı məhkəmə mübahisələndirmələrinə birmənalı baxışın ortaya qoyulmasına maneçilik törədir. Yəni məsuliyyət məsələləri dəqiqləşdirilməlidir. Yəqin razılaşarsınız ki, bir MMC ilə KİV eyni məsuliyyəti daşıya bilməz. Bu, qanunlarımızda da əksini tapmalıdır.
Jurnalistika sahəsində islahatlardan söz düşəndə hər zaman jurnalist təhsili məsələsini qabardıram. Bu istiqamətdə yanaşma dəyişməlidir. Ali məktəblərdə jurnalistika fakültələri var. Onların tədris proqramı yenilənməli, müasir tələblərə uyğunlaşdırılmalıdır. Amma bununla yanaşı jurnalistika sahəsindəki təhsilə instutsional yanaşma da şərtdir. Yəni bu iş ayrıca təşkil edilməlidir. Yalnız ali məktəblərin verdiyi təhsillə kifayətlənilməməlidir. Sahə jurnalistikası inkişaf etməlidir. O cümlədən bölgə jurnalistikası da.
Görüləcək işlər çoxdur. Mətbuat Şurası zaman-zaman bu məsələlərin həm müzakirəsini aparıb, həm də konkret təkliflərlə çıxış edib. Həmin təklif və təşəbbüslərdən reallaşanlar da olub, gerçəkləşməyənlər də. Problem və çətinliklər dəyişməzdir. Əsas odur ki, işləri görmək üçün niyyət və iradə olsun.
- Əflatun müəllim, 2020-ci ili mediamız üçün də pozitiv il kimi qiymətləndirsək, bunu söyləmək üçün hansı xarakterik cəhət və ya tendensiya üzərində dayanmaq mümkündür? Və 2021-ci il üçün gözləntinizi bilmək maraqlı olardı...
- 2020-ci ildə mediamız döyüşmək öyrəndi. Əslində döyüşməyi bilirdik. Amma bir-birimizlə...
Bəli, Vətən müharibəsi jurnalistlərimizə döyüşmək öyrətdi. Ən böyük pozitiv məqam budur. Peşə fəaliyyətini cəbhə bölgəsində həyata keçirən, eləcə də qələmini süngüyə çevirən həmkarlarımız oldu. Fürsətdən istifadə edib, hər birinə minnətdarlığımı bildirirəm.
Döyüşmək dedikdə nəyi nəzərdə tuturam? Müharibə mövzu olaraq jurnalistikamız üçün maraqlıdır. Bu, öz yerində. Ancaq ona marağın vətənpərvərlik duyğusu da önəmli faktordur. Media orqanlarımızın təmsilçiləri Vətən müharibəsi günlərində əsl vətənpərvərə çevrildilər. Düşmən mediasını izləyənlər kim, xarici mediada yazılanlara diqqət yetirənlər kim - əvvəldə də dediyim kimi, müqəddəs amal uğrunda monolitlik gördük. Bu fəaliyyət dövlətin də hadisə və proseslərə operativ yanaşmasını şərtləndirdi.
Əlbəttə, Müdafiə Nazirliyinin, eləcə də Xarici İşlər Nazirliyinin işinin timsalında dövlətin özünün çevik münasibət tempinə şahidlik etdik. Amma düşünürəm ki, əldə edilmiş uğurda media-dövlət əməkdaşlığı müstəsna rol oynadı. Xarakterik pozitiv məqam kimi bu da vurğulanmalıdır.
O ki qaldı 2021-ci ildən gözləntilərə, onlar böyükdür. Prezident İlham Əliyev Qarabağın dirçəldilməsi baxımından həyata keçiriləcək tədbirlərdən söz açdı. Dövlətimizin bununla bağlı fəaliyyət strategiyası mövcuddur. Həqiqətən nəhəng işlərin görülməsi nəzərdə tutulur. Əminəm ki, görüləcək də. Biz Qarabağımızı cənnətə çevirəcəyik. Mediamız bu proseslərin yerli və dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalıdır.
Erməni təxribatına layiqli cavab
İyulun 12-də işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı. Bu istiqamətdə gedən aktiv döyüşlər zamanı ordumuz öz gücünü, döyüş hazırlığını ortaya qoyaraq Qafqazda ən güclü ordu olduğunu bir daha sübuta yetirdi. Hərbiçilərimizin şücaəti xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu sözləri Göyçay rayon Qeydiyyat şöbəsinin rəisi Könül Məmmədova deyib.
Onun sözlərinə görə, minlərlə həmvətənlərimiz orduya dəstək yürüşü keçirərək dövlətimizin, ordumuzun yanında olduğunu və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə həmrəy olduğunu növbəti dəfə nümayiş etdirdi. Nazirlər kabinetinin iclasında çıxışı zamanı Prezident İlham Əliyev iyul ayında baş vermiş hərbi toqquşmanı bizim növbəti qələbəmiz kimi qiymətləndirib.
Dövlət başcısının dediyi kimi 2020-ci il 12 iyul döyüşləri və ondan sonra davam edən hərbi əməliyyatların Azərbaycan ordusunun şanlı tarixində öz yeri olacaq. Bu döyüşlərdə Ermənistana layiq olduğu və haqq etdiyi cavab verilib və gələcəkdə də daha böyük miqyasda cavablar veriləcəkdir. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına əsasən Azərbaycan tərəfi  11  şəhid vermişsə və bir neçə yaralanan olubsa, ermənilərə az qala 10 dəfə artığı ödədilib. Belə ki, ermənilərin ölü və yaralı sayı 100 nəfərə yaxın olub. Aprel döyüşlərində olduğu kimi iyul döyüşlərində də mənfur düşmənlərimiz öz faşist xislətinə sadiq qalaraq dinc əhalini hədəf seçib, yaşayış məntəqələrini atəşə tutub və bunun da nəticəsində 76 yaşlı dinc sakin Əziz Əzizov həlak olub.
Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha göstərir ki, Ermənistan heç bir hüquqi normaları, insan hüquqlarını tanımayan faşist dövlətidir. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olanlar arasında general və polkovniklərimizin olması göstərir ki, Azərbaycanın yüksək rütbəli hərbçiləri ön xətdə əsgərlərimizin yanındadır. General  Polad Həşimovun və şəhid olan digər hərbçilərimizin son mənzilə yola salınması mərasimində edilən çıxışlar, xalqımızın vətənə sədaqət andı kimi səsləndi. Altı günlük döyüşlər zamanı ermənilərin hədəf kimi seçdiyi Tovuz rayonu kəndlərinin hər bir sakini yüksək əzmkarlıq nümunəsi göstərdilər, təşvişə düşmədilər, kəndlərini tərk etmək onların ağıllarından belə keşmədi. Çünki onlar ordumuzun gücünə, rəşadətinə, Ali Baş Komandanına inanırlar. Bu kəndlərin hər sakini özünü ordumuzun əsgəri sanır. Məhz bu əzmkarlığın nəticəsində bu kəndlərin sakinləri “Evim mənim səngərimdir,”-deyir.
2016-cı ilin aprel döyüşləri kimi, 2020-ci ilin iyul döyüşləri də bir daha sübut etdi ki, Ermənistan açıq döyüşlərdə həmişə Azərbaycan silahlı qüvvələrinin qarşısında aciz qalaraq heç nəyə nail ola bilməmişlər. Onlar həmişə Azərbaycan torpaqlarını yalnız təxribat nəticəsində ələ keçirə biliblər. Lakin düşmən artıq dərk etməlidir ki, bu gün Azərbaycanda xalqla dövlət, xalqla ordu arasında monolit, sarsılmaz birlik vardır. İyul döyüşləri başlananda qardaş Türkiyə həmişə olduğu kimi, yenə də Azərbaycanın yanında olduğunu bəyan etdi. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyanlardan biri olan dost Pakistan dövləti Azərbaycanın haqq işini dəstəkləyərək daim köməyə hazır olduğunu bildirdi. Dünyanın bir cox dövlətləri, tanınmış siyasətçiləri, nüfuzlu mətbuat orqanları erməni məkrini, təxribatını pisləyən, ifşa edən bəyanatlarla, yazılarla çıxış etdilər və bu proses bu gün də davam edir. Təəssüflər olsun ki, Azərbaycan Ermənistan münaqişəsinin dinc yolla nizamlanmasına, davamlı sülhün əldə edilməsinə məsul olan ATƏT-in Minsk qrupu baş verən olaylara, erməni təxribatına, təcavüzünə seyrci münasibəti bəsləyir, susmaqda davam edir. Minsk qrupunun üzvü olan Rusiya isə Ermənistanı daha fəal şəkildə silahlandırır. Bu isə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Baş verən hadisələr, proseslər göstərir ki, Ermənistan dövləti öz tarixi boyu heç vaxt müstəqil olmamışdır. Prezident İlham Əliyevin dediyi kimi “ Onların dırnaq arası müstəllik tarixi rüsvayçılıq tarixidir”. Çünki Ermənistan böyük güclərin əlində həmişə alətə çevrimiş, onların çirkin planlarının icraçısı olmuşdur. Öz havadarlarına arxalanan Ermənistanda Azərbaycan üçün belə təhlükəli durumda ən təhlükəli məqamlardan biri erməni faşizminin dirçəlməsidir. Bu gün ermənilər qlobal səviyyədə böyük xaosdan faydalanaraq faşist ambisiyalarını ciddi-cəhdlə reallaşdırmağa çalışırlar. Bugünkü müasir milli idealogiyası Qaregin Nijdenin işləyib hazırladığı əsl faşist nəzəriyyəsidir. ”Biz dövlət quruculuğunda Hitlerdən öyrənməliyik” deyən Nijde son illər erməni siyasi elitasının bütünə çevrilmişdir. Artıq müasir Ermənistanın siyasi elitası və bütün diaspora liderlərinin heç zaman faşist idealogiyasından imtina etməyəcəkləri gün kimi aydındır. Yüz minlərlə erməni gənci və məktəblisi Nijdenin pərəstişkarları, faşist idealogiyasının daşıyıcılarındandır. Vaxtilə Hitler almanlarla yəhudilərin, indi isə erməni faşistləri ermənilərlə azərbaycanlıların birgə yaşamasını qeyri-mümkün hesab edir.
Ermənistan Azərbaycana yalnız hərbi təcavüz etməklə kifayətlənmir, bütün istiqamətlərdə və bütün instansiyalarda ölkəmizin təşəbüsslərinə qarşı çıxır.  İllər keçir, lakin Ermənistan müxtəlif bəhanələrlə danışıqlar masasını yarımçıq tərk edir, Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməyi ləngidirlər. BMT-nin Təhlükəsizlik şurasının qətnamələrini yerinə yetirməyən ermənilərə qarşı heç bir tədbir görülmür. Ermənistan isə işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistandan, eləcə də dünyanın müxtəlif ölkələrindən olan erməniləri məskunlaşdırmaqda davam edir. Aparılan danışıqlarda Ermənistan dalana dirənəndə atəşkəsi pozur, müxtəlif təxribatlara əl atır.
12 iyul tarixində Tovuz rayonunda ermənilərin törətdiyi təxribat da mahiyyət etibarilə əvvəlki təxribatlardan fərqlənmir. Lakin Ermənistanın bu təxribatı iflasa uğradı, düşmən cəzasını aldı. Bu döyüşlər Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü bir daha sübut etdi. Hərbi əməliyyatların uğursuzluğunu dərk edən Ermənistan bütün dünyaya yalan məlumatlar verməklə əsl həqiqəti gizlətməyə, pərdələməyə cəhd etsə də Azərbaycan öz həqiqətlərini bütün dünyaya bəyan etdi. Öz havadarlarına arxalanan Ermənistan bilir ki, Azərbaycanla təkbətək döyüşlərdə qısa müddətə məğlubiyyətə düçar olacaqdır. Tovuz döyüşləri göstərdi ki, Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa son qoyacağı şəksizdir. Bütövlükdə Tovuz döyüşləri Azərbaycanın hərbi qüdrətinin Ermənistandan üstünlüyünün növbəti təsdiqi oldu.
Könül Məmmədova
Göyçay rayon Qeydiyyat şöbəsinin rəisi,
ədliyyə müşaviri
Şəffaflıq.az