Hadisə - Sheffafliq.az

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 11-də və 12-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir iki gün ərzində 379 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb. Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 461 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.

Şəffaflıq.az

Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Bakının Xəzər rayonu, Binə qəsəbəsində noyabrın 11-də yanıq xəsarəti alan kişi ölüb.

Şəffaflıq.az xəbər verir ki, həmin qəsəbənin sakini, 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 11-i saat 10:25 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Fəzail Bayramov küçəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Şəffaflıq.az

Atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 2025-ci il iyulun 13-də baş verən yol-nəqliyyat hadisəsi zamanı atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.

Belə ki, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.

İşin hallarına əsasən, Mehdiabad–Pirşağı şossesində "Kia Rio" markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən "Hyundai Santa Fe" markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.

Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn "Skoda Rapid" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Kia Rio" markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Rio" markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, "Skoda Rapid" markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.

Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.

Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər.

Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.

Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.

DİN və ETSN birgə əməliyyat keçirib, 150 illik ağacları kəsənlər tutulub
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər. Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb. Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib.

Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, belə faktların vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir:

"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər.

Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunur".

Şəffaflıq.az

Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Bakının Xəzər rayonu, Binə qəsəbəsində noyabrın 11-də yanıq xəsarəti alan kişi ölüb.

Şəffaflıq.az xəbər verir ki, həmin qəsəbənin sakini, 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq olub
Sabunçu və Abşeronda oğurluq edən 4 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıblar. Sabunçu rayonu ərazisində zərərçəkənlərə məxsus ümumi dəyəri 5000 manata yaxın olan məişət əşyaları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən 29 yaşlı N.Xəlilov müəyyən edilərək saxlanılıb.

Abşeron rayonu ərazisində isə tikiş sexlərindən birindən ümumi dəyəri 15000 manat olan 50000 ədəd kisə oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluq edən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Şəffaflıq.az

Şəmkirdə yol qəzası nəticəsində iki nəfər ölüb, xəsarət alan var
Şəmkirdə ağır yol qəzası nəticəsində iki nəfər ölüb 1 nəfər xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, qəza Qılıncbəyli kəndində qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində Qılıncbəyli kənd sakinləri; 1995-ci il təvəllüdlü Elgün Abbasov və həmyaşıdı Eşqin Abbasov ölüb, habelə daha bir nəfər xəsarət alıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qırmızı Bazarda traktor minaya düşüb, xəsarət alan var
Qırmızı Bazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb, xəsarət alan var.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
Gəncə şəhərində "Baku Bus"a məxsus sərnişin avtobusu işıq dirəyinə çırpılıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Nizami prospektində baş verib.

5 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində yol kənarındakı bir neşə ağac qırılıb, yol-hərəkət nişanı sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.