Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 88 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər ölüb. ... Ətraflı »
Azərbaycanda daha 88 nəfər COVID-19-a yoluxub - FOTO

“Əsir düşən azərbaycanlı hərbçiyə işgəncə verənə 30 ilə qədər cəza düşür” - ŞƏRH + FOTO

“Ermənistan Cenevrə konvensiyalarına qoşulduğuna görə əsgərimizə verilən işgəncələrlə beynəlxalq qanunları pozmuş sayılır”. Bunu yolu itirərək Ermənistan ərazisinə keçən Azərbaycan əsgərinin qarşı tərəfdə vəhşicəsinə işgəncə görməsi faktının hüquqi tərəfini Oxu.Az-a açıqlayan vəkil Sahib Məmmədov ... Ətraflı »
Azərbaycanın adını eşidəndə ermənilərin dizi əsməli, rəngi qaçmalıdır!

Kubra Məhərrəmova yazır... Hər dəfə düşünürəm ki, daha ermənilər bizi təəccübləndirə bilməz. Xocalı soyqırımını edən, mart hadisələrini törədən və digər vəhşilikləri edənlərdən başqa nə gözləyəsən axı? Amma onları heç sağ olmasınlar, yenə barbarlıqlarını, necə insanlıqdan kənar varlıq olduqlarını ... Ətraflı »
Baş Prokurorluqda YENİ TƏYİNAT

Baş Prokurorluğun prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı Əfəndiyeva yeni vəzifəyə təyin edilib. Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, A.Əfəndiyeva qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub. O, Mətbuat Xidmətindəki vəzifəsindən azad ... Ətraflı »
Ermənilərin işgəncə verdiyi azərbaycanlı hərbçinin anası: “Balamı mənə qaytarın”

“Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”. Bunu Modern.az-a Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib. O, oğlunun günahsız olduğunu deyib: “Mən bundan əvvəl Beynəlxalq Qırmızı Xaç ... Ətraflı »
Valideyndən bağçada pul istəsələr, hara məlumat verməlidir?

“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”. “Report”un xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması ... Ətraflı »
Yağan intensiv yağışlarla əlaqədar Balakənçaydan sel keçib - FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-də saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda ... Ətraflı »
Xocavənddə silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən ... Ətraflı »
Ağstafada 35 yaşlı qadın naməlum şəraitdə ölüb

Ağstafa rayonunda 35 yaşlı qadın naməlum şəraitdə ölüb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. Belə ki, naməlum şəraitdə dünyasını dəyişən 1988-ci il təvəllüdlü Günel Məmmədovanın meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb. ... Ətraflı »
“Azintelekom”a yeni mətbuat katibi təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom” MMC-yə yeni mətbuat katibi təyin edilib. Bu vəzifə Murad Əhmədova həvalə olunub. O, bu təyinata qədər şirkətin ictimaiyyətlə əlaqələr bölməsində mütəxəssis kimi çalışıb. Bundan əlavə, “AzInTelekom”un Korporativ Kommunikasiya və ... Ətraflı »
{sape_links}{sape_article}








