Əsas Səhifə > Elm Təhsil > Şamaxı THT liseyinin daha iki müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı"-na əsasən döş nişanı ilə təltif edilib.

Şamaxı THT liseyinin daha iki müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı"-na əsasən döş nişanı ilə təltif edilib.


4-10-2019, 22:54
 Bu gün Təhsil Naziri cənab Ceyhun Bayramovun müvafiq əmrinə əsasən 5 oktyabr beynəlxalq müəllimlər günü münasibətilə Şamaxı rayonu üzrə aşağıda adları qeyd edilən təhsil işçiləri döş nişanı ilə təltif ediliblər.
Şəffaflıq.az xəbər verir ki Şamaxı şəhər texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyin daha iki müəllili döş nişanı ilə təltif ediliblər.
1. Əskərova Günel Elxan qızı, Şamaxı şəhər texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyin direktoru" Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı"-na əsasən döş nişanı ilə təltif edilib.
2.Məmmədova Tamella Xanhüseyn qızı, Şamaxı şəhər texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyin  riyaziyyat müəllimi,Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı"-na əsasən döş nişanı ilə təltif edilib.

Vahid İsmayılov.
Şamaxı:
Şəffaflıq.az

Geri qayıt