ADPU-in Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib.


ADPU  verdiyi məlumat əsasında.Kimya və biologiya fakültəsinin Elmi Şurasının  iclası  keçirilib. Fevralın 13-də  Azərbaycan  Dövlət  Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Elmi Şurasının  iclası  keçirilib.
Fakültənin  dekanı,  Elmi Şuranın  sədri, dosent  Elnarə  Mehbalıyeva  2018-2019-cu tədris ilinin payız semestrinin müxtəlif tədris illəri üzrə “Kimya müəllimliyi”, “Biologiya müəllimliyi”, “Kimya və biologiya müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələrinin imtahan sessiyasının  nəticələri,  2018-2019-cu tədris ilinin payız semestrinin imtahan nəticələrinə əsasən təqaüd alacaq tələbələr haqqında ətraflı məlumat verib.  “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi”, “Kimya və biologiya müəllimliyi” ixtisasları üzrə IV və V tədris ili tələbələrinin pedaqoji təcrübəsinə hazırlıq haqqında Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Anaxanım Yusifovanın və Ümumi kimya və kimyanın tədrisi metodikası  kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru Reyhan Ağayevanın məlumatları dinlənilib.Sonra 2018-2019-cu tədris ilinin yaz semestrinə hazırlıqla bağlı Analitik və üzvi kimya kafedrasının müdiri, kimya üzrə elmlər doktoru Əli Zalov, İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, dosent Nizam Mehdizadə çıxış ediblər.
Elmi Şurada Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirovun STEM layihə ilə bağlı məlumatı geniş müzakirə olunub.Metodiki təminat və akkreditasiya bölməsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Leyla Əliyeva  elektron jurnalda qiymətləndirmə haqqında məlumat verib.  Elmi katib, kimya üzrə fəlsəfə doktoru Gülnarə Babayeva cari məsələlərlə Elmi Şura üzvlərini tanış edib. 1 fənn proqramının, 3 dərs vəsaitinin müzakirə olunaraq nəşr olunması məqsədəmüvafiq hesab edilib. “Kimyanın tədrisi metodikası” ixtisası üzrə 1 dissertantın, “Üzvi kimya” ixtisası üzrə əyani təhsilalma forması üzrə 1 doktorantın dissertasiya mövzuları və elmi rəhbərləri, qiyabi təhsilalma forması üzrə 1 doktorantın dissertasiya mövzusunun dəyişdirilməsi müzakirə olunaraq qəbul edilib.




 

Şəffaflıq.az
Əliqasım Məmmədov ADPU II kurs tələbəsi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}