ADPU-nun komandası futzal yarışında iştirak edib-FOTO

 Şəffaflıq.aza verilən məlumata görə,  ADPU-nun komandası futzal yarışında iştirak edib Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin (ATİAHİK) təşkilatçılığı ilə respublikamızın ali məktəb tələbələrinin futzal yarışı keçirilib. “A” qrupunda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU) və Bakı Ali Neft Məktəbi (BANM) yer alıb. Qrup yarışlarından sonra Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) komandalarını məğlub edən komandamız finala vəsiqə qazanıb.Qeyd edək ki, ADPU-nun komandası 21 ali  təhsil müəssisəsinin komandasının iştirak etdiyi yarışda II yeri tutub.Yanvarın 25-də ADPU-nun rektoru, professor  Cəfər Cəfərov bu münasibətlə komandanın üzvləri ilə görüşüb. Görüşdə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov, rektor köməkçisi Riyad Rüstəmli iştirak ediblər. Görüşdə rektor komanda üzvlərini təbrik edib, onlara təhsildə və gələcək yarışlarda uğurlar arzulayıb.Biz də bu münasibətlə komandamızı təbrik edir və yeni uğurlar arzulayırıq.
ƏIiqasım Məmmədov ADPU II kurs tələbəsi. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}