Bilik Yarışının nəticələri

 

Məhərrəmli Kənan Yanoş oğlu Şamaxı rayon, Y.Məmmədəliyev qəsəbə orta məktəbinin 3-cü sinif şagirdidir. Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hər il Şamaxıda 5 rayonun (Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir və Qobustan) məktəbliləri arasında keçirilən "Bilik Yarışı"nda o, 616 bal toplayaraq yüksək nəticə göstərmişdir. Odur ki, Kənan Məhərrəmli Şamaxı Hazırlıq Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Biz də "Şəffaflıq" qəzeti redaksiyasının kollektivi olaraq balaca balamız Kənanı təbrik edir, ona gələcəkdə təhsil sahəsində daha yüksək nəticələr göstərməyi arzulayırıq.

    "Şəffaflıq" qəzetinin redaksiyası
adından baş redaktor Vahid İsmayılov

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}