Şamaxı THT liseyində Müəllim günü və Pənah müəllimin Əməkdar Müəllim adı alması münasibəti ilə tədbir keçirilib.-FOTO

Şamaxı THT liseyində Müəllim günü və Pənah müəllimin Əməkdar Müəllim adı alması münasibəti ilə tədbir keçirilib.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
 Şəffaflıq.az bildirir ki, Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır.
 Şəffaflıq.az  bildirir ki, 03.10.2019-cu il Prezident İlham Əliyevin 5 oktyabr "Beynəlxalq müəllimlər" günü münasibətilə imzaladığı sərəncama əsasən Şamaxı şəhər Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli liseyin azərbaycan-dili və ədəbiyyat  müəllimi İsmayılov Pənah İsmayıl oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Pənah müəllimi bu yüksək fəxri ada layiq görülməsi münasibətilə tht liseyin müəllim və şagirdləri təbrik edərək sevinclərini bölüşüblər. Ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
 Qeyd edək ki, Pənah müəllim 2008-ci ildə də cənab prezident İlham Əliyevin  sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
Bizdə "Şəffaflıq" qəzetinin kollektivi adından bütün təhsil işçilərini səmimi qəlbdən təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.
Vahid İsmayılov
Şamaxı.
Şəffaflıq.az  


 шаблоны для dle 11.2


Facebook-da paylaş