Kəsilənlərə” şad xəbər-Tezliklə universitetlərin boş qalan plan yerlərinə qeydiyyat aparılacaq – Siyahı burada

Şəffaflıq.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, universitetlərdə  boş qalan yerlərə qeydiyyat yaxın tarixdə baş tutacaq.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
 Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
  Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u (iş nömrəsinin sonuna "8" rəqəmi əlavə olunur) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlərшаблоны для dle 11.2


Facebook-da paylaş