Nazir müdiri işdən çıxardı

 Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib.
Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin fevralın 8-də Neftçala rayonunda Təhsil naziri Ceyhun Bayramov tərəfindən vətəndaşların qəbulu zamanı Biləsuvar rayon ümumi təhsil müəssisələrində baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciətləri araşdırılıb.
Müraciətlərdəki faktlar təsdiqini tapıb.
Bununla əlaqədar Təhsil naziri tərəfindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Kazımov Balaqardaş İman oğlunun işdən azad edilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb və o, tutduğu vəzifədən azad edilib.
Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Bağırov Aqşin Xudaməli oğlu təyin edilib.
Qeyd edək ki, son vaxtlar Ceyhun Bayramov bir neçə məktəb direktorunu da işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}