Vaxtın azlığına baxmayaraq gənc nəsil inkşaf etməlidir.

 Ağasoy Kənan Vidadi oğlu, 1998 ci ildə Yardımlı rayonu, Çay Üzü kəndində anadan olub.6 yaşında ailəsilə birlikdə Şirvan şəhərinə köçüb təhsilini Şirvan şəhər Tahir Bağırov adına 11 saylı tam orta məktəbi bitirib. 3-cü sinifdə oxuyarkən  Yunan Roma güləşi ilə məşğul olub və 26 kq çəki dərəcəsində Şirvan şəhəri üzrə  3-cü yerə layiq görülüb.Sonralar Salyanda şəhər və zona yarışlarında iştirak edərək çempion olub. İdmana üç il fasilə verib. 2015 ci ildə kiçik boks üzrə Bakı birinciliyində iştirak edib uğur qazanıb. Hal-hazırda Bakı şəhərində  Azərbaycan Pedaqoji universitetinin kimya ixtisası üzrə 4-cü kurs tələbəsidir.
 Kənanın dediklərindən:
- Bizim hələ edə biləcəklərimiz zamanla ölçüləcək.Əlimizdə olan fürsətdən maksimum yararlanmalıyıq. Vaxtın azlığına baxmayaraq gənc nəsil inkşaf etməlidir. Bu zamanın tələbidir. Dövlətimiz gənclərə lazım olan diqqət və vəsaiti ayırır. Müharibə aparan bir dövlətik.Qarabağ milli məsələ kimi önümüzdə durur. Dünyada bunun siyasi dəyəri var. Qələbə bizimlədir.Bunu bütün gənclərə uğurlar arzulayıram.

Əliqasım Məmmədov ADPU II kurs tələbəsi
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}