Şamaxı rayon THTFT liseyin VII sinfinə aprel ayından şagird qəbulu başlayır.

 Şamaxı rayon THTFT liseyin VII sinfinə aprel ayından şagird qəbulu başlayır. 
 Şəffaflıq.az xəbər verir ki, Lisey 2007-ci ildə Azərbaycan Respublikasının Vitse - Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xüsusi istedadlı şagirdlər üçün yaradılmışdır.Müəllimlər imtahan yolu ilə qəbul edilmişdir.Lisey təmayüllüdür.
Texniki,humanitar və təbiət fənləri istiqamətlidir.Yəni seçilmiş təmayüllər üzrə fənlər bölünmə yolu ilə tədris edilir. 
    Fənləri yüksək səviyyəli,DQ-dən yüksək bal toplamış müəllimlər tədris edir.Günorta şagirdlər dərs məşğələlərində ev tapşırıqlarını yerinə yetirirlər. İnternat tipli olduğu üçün kənardan gələn şagirdlər yataqxana ilə təmin olunur,yeməkxanada gündəlik 3 dəfə yemək verilir.böyük tənəffüsdə də şirniyyat - peçenye ,vafli vəs verilir.Şagirdlər geyim ,məktəbli formaları ilə təmin olunur.Bütün bunlar dövlət hesabına olduğu üçün pulsuzdur.!
   Bu şəfraiti yaratdığına görə Liseyin rəhbərliyi dövlət başçısı Prezident İlham Əliyevə, H.Əliyev Fonduna,xüsusilə Mehriban xanıma dərin təşəkkürülərini bildirirlər.

 
TƏHSİL ALMAQ İSTƏYƏN ŞAGİRDLƏRİ QƏBUL İMTAHANLARINDA İŞTİRAK ETMƏYƏ ÇAĞIRIRLAR. 
ƏLAQƏ ÜÇÜN  ÜNVANI BİLDİRİRİK: M.Ə.RƏSULZADƏ KÜÇ,25  TELEFON: 26-5-70-96


Vahid 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}