Şamaxı rayonunda “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının Zona mərhələsi keçirilib.-FOTO

 Azərbaycan Respublikası Prezendtinin  15 sentyabr 2017 – ci il tarixli Sərəncamı  ilə təsdiq olunmuş  “Azərbaycan Gəncliyi  2017-2021 – ci illərdə” Dövlət Proqramı icraçı çərçivəsində Azərbaycan Respublikası  Gənclər və İdman Naziliyinin 2019-cu ilin I yarımilliyi üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq aprelin 13-də Şamaxı rayonunda Mədəniyyət evinin  Akt zalında “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının Zona mərhələsi keçirilib.  
  Şəffaflıq.az bildirir ki, Yarışın açılışında çıxış edən Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov “2015-2025-ci illərdə Azərbaycan Gənclərinə inkişaf strategiyası” nın icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışdı, iştirakçılara uğurlar arzuladı.
     Zona mərhələsində Respublikanın Şirvan zonasını əhatə edən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Ucar, Kürdəmir , Göyçay, Ağdaş və Zərdab rayonlarının ümumlikdə 9 rayon iştirak edib.
Yarışda qalib gələn komandalar  Şamaxı rayon Gənclər və İdman İdarəsinin müafiq diplomları ilə təltif olunublar.
     Zona birinciliyində I və II yerləri tutmuş komandalar  2019 – cu ilin may ayında keçiriləcək “Xəmsə” milli intelektual  oyunu üzrə XI Azərbaycan çempionatının final məhələsində iştirak etmək hüququ qazandı.
 I yer Göyçay rayonu
 II yer Ucar rayonu

 III yer Ağdaş rayonu


  




 


Vahid İsmayılov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}