Əsas Səhifə > Şou-biznes > “Eurovision-2021” Rotterdamda keçiriləcək

“Eurovision-2021” Rotterdamda keçiriləcək


17-05-2020, 09:51

 

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bu il təxirə salınan “Eurovision” Mahnı Müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə müsabiqə təşkilatçıları qərar qəbul edib.

Qeyd edək ki, artıq Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər. Müsabiqənin “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır.

Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.

Geri qayıt