Sevgidən yazdı, tənqid olundu

 Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədəki paylaşımına görə izləyiciləri tərəfindən tənqid olunub.
Şəffaflıq.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni yeni fotosunu İnstaqramda yayımlayaraq sevgidən yazıb.
Xanbabayevanın "İçimizdə olan sevgini qoruyub saxlayaq. Aşıb daşsın, çox olsun. Sevgimizi bir-birimizə etiraf etməyimizin tam zamanıdır. Sizi çox sevirəm" sözləri tənqid atəşinə tutulub.
İzləyicilər müğənniyə "Sevirsənsə, xalqa bir az yardım et", "Sevginizi yardım edərək göstərsəniz, xalq sevinər" kimi rəylər yazıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}