Manaf qızını boşayan kürəkənindən "qisas"ını aldı? — Mənim onunla... - FOTO

 Manaf Ağayevin Almaniya səfərinin təfərrüatı məlum olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkəyə dönən sənətçi "Hər şey daxil"də danışıb.
Manaf Almaniyaya keçmiş kürəkəni ilə ortaq biznesinə sahib çıxmaq üçün səfər etdiyi iddiaların əsassız olduğunu bildirib. Müğənni səfərinin əsl səbəbini də açıqlayıb:
"Mən Almaniyaya başqa şey üçün getmişdim. Mənim onunla (keçmiş kürəkəni) heç bir iş birliyim yoxdur. Mən Almaniyaya açığı yoxlanmaq üçün getmişdim. Hər şey yaxşıdır. Bununla da bu məsələyə son qoyaq. İnşAllah zaman gələr, hər şeyi görərsiniz. Yəqin ki, səsi çıxacaq". Qeyd edək ki, Manaf Ağayevin qızı Səmayənin təxminən 2 il əvvəl ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrıldığı barədə xəbər mətbuata yeni sızıb. Taleh açıqlamasında "Övladımız olmadığı üçün biz ayrılmışıq" deyib.Milli.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}