Məşhur müğənni əməliyyat zamanı öldü - XƏSTƏXANA MEYİTİNİ VERMİR (FOTO)


 
ABŞ-ın məşhur müğənnilərindən Laura Avila qorxunc şəkildə vəfat edib.


Publika.az xəbər verir ki, Dallasda yaşayan 36 yaşlı müğənni burnunu estetik əməliyyat etdirmək üçün Meksikaya gedib.

Meksikanın Xuarez şəhərində yerləşən bir xəstəxanaya müraciət edən müğənni orada əməliyyat girib. Lakin təcrübəsiz həkimlərin xəstəyə verdiyi narkoz onun beyninə zərər vurub. Bir neçə dəqiqə sonra ürək infarktı keçirən Laura daha sonra komaya girib. O, komadan ayılmayıb.
Yaşananları müğənninin bacısı ABŞ mediasına açıqlayıb. O bildirib ki, xəstəxananın pulunu ödəmədikləri üçün bacısının nəşini təhvil verməyiblər. Onu isə xəstəxanada girov saxlayıblar.
Müğənninin nişanlısı Enrike Kruz isə xəstəxana və əmliyyata girən həkimlərlə bağlı məhkəməyə müraciət edəcəyini deyib.
Zümrüd

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}