Əsas Səhifə > Sosial > “Qarabağ qaziləri” amputant futbol federasiyasının komandasına qardaş hədiyyəsi

“Qarabağ qaziləri” amputant futbol federasiyasının komandasına qardaş hədiyyəsi


5-01-2019, 10:10
Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının komandası Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Görüş Türkiyənin gənclər və idman nazirinin dəvəti ilə reallaşıb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Ankaranın “Altındağ” stadionunda keçirilən oyundan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.
Komandalara uğurlar diləyən nazir Türkiyə ilə Azərbaycan arasındakı əzəli dostluğun dərin köklərə bağlı olduğunu bildirib.
Sonra “Qarabağ qaziləri” amputant futbol federasiyasının prezidenti Rövşən Akifoğlu rəsmi dəvətə və qəbula görə öz minnətdarlığını bildirib.
Yarışın təşkilatçısı “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu çıxış edərək qeyd edib ki, görülən sosial və iqtisadi layihələrin məqsədi iki dövlət arasında qardaşlıq bağının daha da möhkəmlətməkdir.
Hər iki dövlətin himni səslənib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yoldaşlıq oyunu 4:4 hesabı ilə bitib.
Sonra ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, “Qarabağ qaziləri” adından yüksək qəbula görə nazir Mehmet Muharrem Kasapoğluna minnətdarlığını bildirib.
Nazir “Okuklu Holdinq”in rəhbərliyi tərəfində qazilərin rahat hərəkəti üçün federasiyaya alınmış qardaş hədiyyəsini - minibusu “Qarabağ qaziləri” amputant futbol komandasına təqdim edib.
Sonda komanda üzvləri mükafatlandırılıb.
Geri qayıt