Əsas Səhifə > Sosial > Şamaxıda 1293 yeni iş yeri açılıb.

Şamaxıda 1293 yeni iş yeri açılıb.


9-10-2019, 21:03

 Aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ilin doqquz ayında Şamaxıda 1293 yeni iş yeri açılıb. Təzə açılan iş yerlərinin hamısı daimidir. İş yerlərinin 24-ü yeni yaradılan müəssisə və təşkilatlar, qalanı isə fiziki şəxslər tərəfindən açılıb.
Geri qayıt