Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq, təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən almaq mümkündür.

 Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.
Şəffaflıq.az xəbər verir ki, müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən almaq mümkündür.
Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.
Qiymətin qalan hissəsi müvəkkil banklarda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.
Əlavə məlumat üçün Kənd Təsərrüfatı Nazirliyinin “1652” Çağrı Mərkəzinə müraciət etmək olar.AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}