"AMEA-da maaşlar çox aşağıdır..." - Ramiz Mehdiyev

 

“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”.

Şəffaflıq.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib.

“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.

Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabat məruzələri ilə çıxış ediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}