Yaddaşı inkişaf etdirmək yolları

 

Bəzən vacib iclasları, görüşləri və ödənişləri unudursunuz və bu vəziyyət ucbatından əhvalınız korlanır. Yaddaş problemlərinizlə mübarizə aparmaq üçün istifadə edə biləcəyiniz üsulları öyrənməklə hafizəni gücləndirə bilərsiniz.
Doğru qidalardan istifadə edin

Gündəlik qidalanma menyunuza nəzər yetirin. Yeməklərdə daha təravətli, təbii və vitaminlərlə zəngin məshullardan faydalanın. Həmçinin, gündəlik qoz, fındıq və s. çərəzlərlə mümkün olduqca çox qidalanın. Yaddaşınızın güclənməsinə və sağlamlığınza faydalı olacaqdır.

İstifadə etdiyiniz kofeinin miqdarına diqqət yetirin

Kofeindən zehnin oyanıqlığını təmin etmək və diqqəti artırmaq üçün yararlana bilərik. Lakin kofein istifadəsini tənzimləmək çox vacibdir. Əks təqdirdə, həddindən çox kofein sizi qayğılı, əsəbi, stresli və yuxusuz edəcəkdir.

Omeqa 3 qəbul edin

Omeqa 3 soyuq dənizlərdə yaşayan yağlı balıqların tərkibindədir. Beyinin yaddaş, dil, yaradıcılıq, duyğu və diqqətin inkişafına böyük kömək göstərir. Yaddaşınızın tez bir zamanda inkişafı üçün istifadə edə bilərsiniz.

Naviqasiyanı bağlayın

İstiqamət və yol tapmaq bacarıqlarımız GPS texnologiyası ucbatından zəifləməkdədir. Naviqasiya istifadəsi zehninizi tənbəlləşdirir. Buna görə də hansısa ünvana getmək üçün naviqasiyanı bağlayın və yolu özünüz tapmağa çalışaraq beyninizi məşq etdirin.

Yeni dil öyrənin

Yaddaşın və beyin tutumunun inkişafı yollarından biri də dil öyrənməkdir. "Beyin gimnastikası" üçün maraqlandığınız hər hansı bir dili öyrənin və yaddaşınızı bu yolla inkişaf etdirin.

Musiqi ilə maraqlanın

Musiqi beynin hər iki tərəfini oyandıran ünsürlərdən biridir. Fərqli musiqi növlərini dinləməklə yanaşı, hər hansı musiqi alətində ifa etməyi də öyrənə bilərsiniz.

Yaradıcı çalışmalar edin

Rəsm, heykəl kimi sənət növləri və yaradıcı çalışmalar beyninizi çalışdırmaq üçün əla vasitələrdir. Rəsm çəkən insanların xəyal gücləri inkişaf edir, daha çox müşahidə edərlər və yaddaşları yaxşılaşır.

Gəzintiyə çıxın

Qədim Yunanıstan dövründən filosoflar gəzinti ilə düşüncə arasında əlaqə olduğunu söyləyiblər. Həqiqətən də gəzinti zamanı bol oksigen qəbul edirik və yeni beyin hüceyrələrinin yaranması üçün şərait yaranır, beyinin daha kəskin və güclü olması təmin edilir.

Yuxu rejiminizə diqqət edin

Yetkin insan ən azı 8 saat yatmalıdır. Yuxu əsnasında səs-küy, işıq kimi oyandırıcılardan uzaq durmaq yuxu keyfiyyətini artdırır. Yuxu əksikliyi və keyfiyyətsiz yuxu yaddaş üzərində neqativ təsirlər yaradır. Ayrıca bu neqativlik diqqət və tənqidetmə kimi beyin funksiyalarına zərər gətirir.

Siqaretən imtina edin!

Siqaret beyin hüceyrələrinin məhvində inanılmaz dərəcədə böyük rol oynayır. Gündə 2 qutudan çox siqaret çəkmək alzheimer və demans xəstəliklərinə mübtəla olmaq riskini 150-170% artırır. Bu səbəbdən də sağlam bir bədən və beyin üçün siqaretdən imtina etmək ən vacib addımlardan biridir.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş