Bakıda işlənmiş pamperslərin alınma MÜƏMMASI: VALİDEYNLƏR TƏŞVİŞDƏ

 


Bir müddətdir ki, sosial şəbəkələrdə işlənmiş pamperslərin alışı ilə məşğul olan şəxslərin peyda olması valideynləri əməllicə təşvişə salıb.

Belə ki, "işlənmiş pampersləri alıram" deyə elan verənlər xanımlara istifadə etdikləri, bulaşmış pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər. Sözügedən şəxslər tərəfindən bir bez üçün 0.03 qəpik qiyməti qoyulub, ancaq məlumat verilir ki, yaxın vaxtlarda kampaniya olacaq və işlənmiş pamperslərin bir ədədinə 0.05 qəpik ödəniləcək.

Maraqlı məqam budur ki, bəzi valideynlər sözügedən vəziyyətdən narazılıqlarını bildirirlər, amma işlənmiş pampersləri sözügedən şəxslərə satanlar da var.

Bunu da qeyd edək ki, səhifə tərəfindən pamperslərin alınma məqsədi gizlədilir, valideynlərin suallarına cavab olaraq isə bildirilir ki, pamperslər təkrar emal edilmir. Bundan başqa qeyd edilir ki, bir müddət sonra pamperslərin alışı ilə bağlı video şəklində bütün suallara aydınlıq gətiriləcək.

Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, pamperslərin alınmasında məqsədlər müxtəlif ola bilər:

“Bunun hansı məqsədlə olduğu məlum deyil. Zənnimcə, ya sözügedən bezlər təkrar istehsala gedir, ya da ki, bezlər təmizlənərək daha ucuz qiymətlə əhaliyə satılır. Bu alınırsa, bunda məqsəd mütləq olmalıdır. Düşünürəm ki, müvafiq qurumlar bu işi ciddi nəzarətə almalıdır və dəqiqləşdirməlidirlər ki, burada əsas məqsəd nədir”.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş