MƏKTƏB FOBİYASI - Uşaqları yeni dərs ilinə necə hazırlamalı?

 


Məktəb zəngi yaxınlaşdıqca, uşaqların bir qismi məktəbə, müəllimlərinə, sinif yoldaşlarına qovuşmaq üçün darıxır. Amma bəziləri məktəbə geri qayıtmaqla bağlı narahatlıq keçirir. Bütün yay ərzində azad yaşadıqları, rahat və saat məhdudiyyəti olmayan rejimlərini dəyişmək istəmirlər. Məktəbə qayıdışla bağlı narahatlıq keçirən uşaqları məktəbə hazırlamaq üçün bəzi vacib məqamları vurğulayaq:

● Uşağınızı məktəbə qayıdış üçün hazırlamağa tez başlayın. Keçən il məktəbdə istifadə etdiyi dəftərləri çıxardın. "Gəl dəftərlərini bir qutuya yığaq" deyin. Daha sonra dəftərləri açıb birlikdə baxın. Ona özünüzün məktəb zamanında başınıza gələn əyləncəli hadisələri danışın. Övladınızında əvvəlki dərs ilində yaşadığı gülməli xatirələri birlikdə yada salın.

Məktəbin ilk günü mövzusu ilə bağlı kitablar alın. Birlikdə bu kitabları oxuyun və məktəb barəsində söhbət etməyə çalışın. Uşağınızın məktəblə bağlı narahatlıqlarını dinləyin. Qınamayaraq, müdaxilə etmədən öz fikirlərini ifadə etməyə icazə verin. Məktəb başlamazdan əvvəl bu cür narahatlıqların baş verməsinin çox normal olduğunu söyləyin. Onun çətinliklərlə mübarizə edəcək qədər güclü olduğuna inandığınızı dəfələrlə söyləyin.

● Övladınız məktəbə qayıtmağa görə narahatdır və qorxur. Bəs tam olaraq bu qorxunun nə olduğunu və nədən qaynaqlandığını bilirsinizmi? Bunu anlamağın ən asan yolu onunla söhbət etməkdir. Əgər, uşaq nədən qorxduğunu bilmirsə və ya ifadə etməkdə çətinlik çəkirsə, ən çox bilinən qorxular haqqında danışaraq ona kömək edin. Məsələn, uşaq hansısa sinif yoldaşından, dərs yükündən və s. qorxa bilər.
Bu qorxunu öyrənməyə çalışarkən ona pozitiv şəkildə yaxınlaşdığınızdan əmin olun. "Səninlə heç kimin oynamamağından qorxursan?" deməyin. Onun yerinə "Səncə, kimlərlə gizlənpaç oynaya bilərsən?" kimi suallar verin. Bundan başqa uşağınızın dərslərdə uğurlu olmamaqdan, yaşıdları ilə ünsiyyət qura bilməməkdən və ya sizdən ayrı qalmaqdan qorxa biləcəyini xatırladın. Onu yenə pozitiv sözlərdən istifadə edərək bu mövzularda sıxıntı yaşamacağını söyləyərək rahatladın.

● Uşağınızın məktəblə bağlı hansı qorxuları olduğunu bir kağıza yazmasını xahiş edin. Daha sonra böyük ağ vərəq götürün. 2 yerə ayırın. Vərəqin bir tərəfinə "qorxulu düşüncələr", digər tərəfinə "əyləncəli düşüncələr" yazın. Ondan 2 sütunun hər birinin başlığına uyğun olaraq şəkil çəkməsini və ya yazı yazmasını istəyin. Sonra isə övladınızı narahat edən fikirləri bir-bir seçib, tövsiyyələr verərək yalnız pozitiv tərəflərə köklənin. Onunla məktəbdə yaşadığı və unutmadığı mövzular haqqında danışın.

● Övladınızın narahatlıqlarını ortadan qaldırmaq üçün hər səhər oyandığı andan ilk bir neçə dəqiqə keçdikdən sonr söhbət edin, ona vaxt ayırın. Özünü rahat hiss etməsinə çalışın. Onun çantasına ikinizin birlikdə şəklini qoyun və istədiyi zaman sizi görəbiləcəyini deyin. Yemək çantasına övladınızı sevdiyinizi qeyd etdiyiniz kiçik yazılar yerləşdirin və dərs bitər-bitməz görüşəcəyinizi yazın.
Uşağınıza məktəblə bağlı bütün səyləriniz cavabsız qalırsa, yəni məktəb qorxusundan qurtula bilmirsə, peşəkar yardım almağı məsləhətdir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}