Qışqırmaq tərbiyə etməkdirmi? - İntizama necə alışdırmalı?


 


İntizam və pis davranma uşaq böyüdülərkən ən çox qarışdırılan ünsürlərdəndir. Cəzalandırmaq, qışqırmaq və hətta döymək bir vaxtlar intizam üçün istifadə edilən "texnikalar" olduğu üçün valideynlərdə intizam sözünü eşidəndə mənfi düşüncə yaranır. Həmin mənfi düşüncələrə bir neçə misal göstərək:

Hər cür dəcəlliyi, nadincliyi cəzalandırmaq...

Halbuki, etdiyi səhvi uyğun şəkildə izah etmək kimi seçiminizdə var.
Yan otaqdan əmr cümlələri quraraq qışqırmaq...(Otağın yığışdır! və s.)
Bu cür kiçik istəkləri övladınızı qucaqlayaraq, yumşaq formada da deyə bilərsiniz.

Digər uşaqları nümunə göstərib, müqayisə etmək...

Halbuki, övladınızın kiçik uğurlarını dəstəkləmək onun üçün ən böyük mükafat və daha da uğurlu olması üçün motivasiya mənbəyidir.

Uşağınız və gələcəyi haqqında ondan xəbərsiz qərarlar vermək...

Övladınızın özü və gələcəyi ilə bağlı planlar haqqında onun şəxsi fikrini soruşmaq inanın ki, hər kəs üçün xoşagələn nəticə verəcək. Sevdiyi, maraqlandığı sahədə çox böyük uğur və nailiyyətlər qazana bilər, bunu
unutmayın.

Bəzi işləri uşağa məcbur etdirmək...
Məsuliyyətlər verib təzyiq yolu ilə etdirmək...

Bunu daha əyləncəli, sadə vəziyyətə gətirib övladınıza müxtəlif, yaşına uyğun tapşırıqlar verə bilərsiniz.
Əslində isə intizam uşaqlara doğru və yanlış arasındakı fərqi öyrətmək, real həyatda zehnini qarışdıracaq vəziyyətlərdə ona rəhbərlik etməkdir. İntizamın əsl mənasını biraz daha açmaq üçün gündəlik həyatda qarşılacağınız vəziyyətlərdə istifadə edə biləcəyiniz bir neçə vurğulayıcı cümləni qeyd edək:

“Çətin olduğunu bilirəm”.

İlk növbədə onu söyləməliyik ki, uşağınızla istənilən dialoqu qurarkən, xüsusilə də tapşırıqlar və ya vacib mələhətlər verərkən onunla göz kontaktı qurun, yüksək səs tonu ilə danışmayın. Övladınıza uzun cümlələr qurmaq əvəzinə, onu başa düşdüyünüzü göstərmək üçün bu tip qısa, asan cümlələrdən istifadə edin. Bacarmadığı üçün qışqırmayın, ona yardım etməyə çalışın.

“Xahiş edirəm, yavaş gəz”.

Uşağınıza "qaçma!" deyib qışqırmaq əvəzinə daha az əsəbi və təsirli sözlərdən istifadə edin.

“Yenidən sına”.

Övladınız bəzən özünə inanmayıb yanlış davranışlar edə bilər. Onun özünə inamını bərpa etmək üçün yenidən sınamasını məsləhət görün. Səhv etdiyi üçün ona əsəbləşmək yerinə yanında olduğunuzu hiss etdirin.

“Səni sənlə dalaşmayacaq qədər çox sevirəm”.

Uşaqlar bəzən sırf diqqət çəkmək üçün "dava" çıxardırlar. Onu sevdiyinizi təkrarlamağınız sehrli bir təsir yaradacaq və bir anda konflikti aradan qaldırmağa kömək edəcək.

"Belə danışanda səni başa düşə bilmirəm".

Dodaqaltı, "mız-mız" danışığı uşağın əslində sizə nələrsə izah etmək istədiyinin göstəricisidir. Sadəcə dəqiq, aydın cümlə ilə onu başa düşmədiyinizi söyləməyiniz və istədiyiniz tonda danışmasını xahiş etməyiniz bəs edəcəkdir. Övladınızla ucadan danışmağa və ya aydın söyləmədiyi üçün onu danlamağa ehtiyac yoxdur.

"Nə deməliydik?"

Övladınız "təşəkkürlər", "xahiş edirəm" kimi nəzakət qaydalarını öyrənərkən tez-tez unutduğunu hiss edirsinizsə, əsəbləşmək yerinə, ona kömək edin və nə deməsi lazım olduğunu bu qısa cümlə ilə xatırladın.
Unutmayaq ki, uşaqlar təkcə sözlərdən deyil, bizim davranışlarımızdan da çox şey öyrənir. Ona görə də ilk növbədə davranışlarımıza diqqət yetirməli və özümüz dediklərimizə əməl etməliyik. Beləcə daha rahat, tərbiyəli və intizamlı uşaqlar böyüdə bilərik.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}