“Fərdi evlərin sənədləşməsi nəzarətə götürülüb” – Meriyadan açıqlama

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı rayonu Hovsan qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirib.
Şəffaflıq.az xəbər verir ki, Meriyadan verilən məlumata görə, qeyri-iş günü və havanın çox isti olmasına baxmayaraq yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini dinləyiblər.
Görüşdə 31 nəfər sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olub. «Bütün müraciət və təkliflər nəzarətə götürülüb»-deyə meriyadan bildirilib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}