2019-cu il üzrə özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanıb

 2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara  biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə başlanıb.
Şəffaflıq.az bildirir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda (Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala) 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib.  
Vətəndaşlara verilən mal-qaranın sağlamlığına dair baytar arayışı təqdim edilir. Heyvanlar təqdim olunarkən aktlar tərtib olunur, iştirakçılar verilən mal-qaradan razılıqlarını aktı imzalamaqla təsdiq edirlər. Eyni zamanda, aktivlərin verilməsi prosesinə dair (iştirakçıların öz razılığı ilə)   video və foto materiallar da çəkilir.
Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilir və il boyu davam etdiriləcək.   
Qeyd edək ki, cari ilin 6 ayı ərzində artıq 3 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlin sonunadək bu rəqəmin 10 minə çatdırılması gözlənilir. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.Şəffaflıq.az

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}