Azərbaycan Avropada ticarət evləri şəbəkəsini genişləndirməyi planlaşdırır.

 Azərbaycan hökuməti Avropada ticarət evləri şəbəkəsini genişləndirməkdə maraqlıdır və gələcəkdə Monteneqroda ticarət evinin açılacağını istisna etmir.
Şəffaflıq.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Trend-in sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, bu məsələ Monteneqro bazarında Azərbaycan məhsullarına tələbatın təhlilləri nəticəsində reallaşdırıla bilər:
"Əgər ikitərəfli əməkdaşlıq potensialı öz məhsulumuzu Balkan ölkələrinə daxil etməyə imkan verəcəksə, Azərbaycan ticarət evləri şəbəkəsinin Avropada, xüsusən də Monteneqroda genişlənməsi məsələsi birmənalı şəkildə nəzərdən keçirilə bilər".
Onun sözlərinə görə, hazırda Monteneqro və Azərbaycan maliyyə və turizm infrastrukturu sahələrində birgə layihələrin reallaşdırılması ilə məşğuldur:
"Biz gələcəkdə Monteneqro və Azərbaycanda yeni layihələrin, o cümlədən alternativ enerji və infrastruktur layihələrinin reallaşdırılmasını planlaşdırırıq".
Nazir, həmçinin əlavə edib ki, Azərbaycan və Monteneqro əməkdaşlıq barədə 17 sənəd imzalayıb.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}