Fizuli Məmmədov yekdilliklə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti seçilib.-FOTO

 Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlılarının I Forumu başa çatdıqdan sonra Rusiya Azərbaycanlıları İttifaqının Təsis Konfransı öz işinə başlayıb.
 Şəffaflıq.az bildirir ki,Təsis Konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfdindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.İdarə Heyətinə Fizuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib.Daha sonra, Rusiya Azərbaycanlıları İtifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İtitfaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyini irəli sürüb.
 
 Təklif yekdilliklə qəbul olunub.Səsvermə ilə təklif olunan struktur qəbul olunub. Daha sonra Fizuli Məmmədov yekdilliklə Rusiya Azərbaycanlıları  İttifaqının prezidenti seçilib.Moskva Azərbaycanlılarının Koordinasiya Şurasının üzvləri Rusiya Azərbaycanlıların birinci Forumunda fəal iştirak etdilər. Koordinasiya şurasının sədri Əli Kazımov RAİ nin idarə heyətinin üzvü seçilmişdir.

 

Müəllif:  Əliqasım Məmmədov ADPU II kurs tələbəsi.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}