Əsas Səhifə > Siyasət > "Xəzərlə Qara dəniz birləşdirilsin" - Nazarbayevdən TƏKLİF

"Xəzərlə Qara dəniz birləşdirilsin" - Nazarbayevdən TƏKLİF


17-01-2020, 15:37

 

“Qara dənizlə Xəzər birləşdirilsin”.

Şəffaflıq.az "Sputnik"-ə istinadən xəbər verir ki, bu təklif Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevdən gəlib.

Rusiyanın Soçi şəhərində keçirilən Avrasiya İqtisadi Zirvəsində çıxış edən qazax lider Xəzər və Qara dəniz arasında kanal açılması planı üzərində düşünməyi təklif edib. O bildirib ki, iki dənizi birləşdirmə fürsəti verən “Avrasiya” kanalının inşası ümidverici layihə ola bilər.

Qeyd edək ki, zirvədə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan liderləri iştirak edib.
Geri qayıt