Əsas Səhifə > Siyasət / Redaktor seçimi > Dahi Şəxsiyyətin ideyaları Azərbaycan adlı bir ölkəni dünyaya çıxartdı.-FOTO

Dahi Şəxsiyyətin ideyaları Azərbaycan adlı bir ölkəni dünyaya çıxartdı.-FOTO


12-05-2019, 17:01
 Şəffaflıq.azın daimi izləyicisinin istəyini nəzərə alaraq, politoloq Mirsamir Məmmədovun Ulu öndər Heydər Əliyev haqqında yazdığı məqaləsini olduğu kimi dərc edirik.
Azərbaycan xalqının böyüklüyü hər zaman dahi şəxsiyyətlər yetişdirməsindədir. Tarixən hər nə qədər keşməkeşli həyat yolu keçsə də‚ tarixin bütün çətinliklərində hər zaman böyük şəxsiyyətlər sayəsində xalqımız hər bir çətinliyi geridə qoymağı bacarmış və məhz xalqımızın içərisindən çıxmış milli liderlər sayəsində nicat tapmışdır.
 Xalqımızın dövlətçilik tarixi çox qədimdir. 
Təbiiki dövlətçilik dəyərlərimizin və milli ruhumuzun formalaşmasında‚ xalqımızın milli maraqarının qorunmasında öndərlik etmiş mühüm tarixi şəxsiyyətlər olub. O nəhəng ensiklopedik siyasi düşüncəyə və böyük dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyətlərdən biri müasir dövr Azərbaycanın memarı‚ qurucusu‚ xalqımızın xilaskarı‚ Ümummilli Lider Heydər Əliyevdi. Bütün ömrü boyu Azərbaycan və Azərbaycançılıq uğruna çalışan fenomen şəxsiyyət Heydər Əliyev hələ Moskvada Partiyada olduğu zamanlardan Azərbaycanın maraqlarını qorumuş‚ müdafiə etmiş‚ xalqımızın milli ruhunun‚ milli şüurumuzun və milli kimliyimizin formalaşması üçün gecə-gündüz çalışmış və bu sahədə məqsədyönlü işlər aparmışdır. Təsadüfi deyil ki‚ hələ rus-sovet əsarətində olarkən 1990-cı ilin yanvarın 20-də Bakıda yaşanan qanlı qırğına dərhal elə Moskvada öz haqq səsini qaldırıb bu qanlı qırğını pisləyərək Moskvada‚ imperiya paytaxtında mətbuat konfransı keçirmişdir‚ Bakıdakı qanlı qırğını dünyanın onlarla aparıcı Kütləvi İnformasiya Vasitələri qarşısında dilə gətirərək bütün dünyaya çatdıran şəxs təkcə Heydər Əliyev oldu. Azərbaycanın informasiya blokadasına salındığı bir vaxtda‚ məhz Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq bu mühüm tarixi missiyanı həyata keçirərək bu qətiyyətli addımı atması onun üçün hər an ölüm demək idi. Lakin tükənməz manevr qabiliyyətinə malik dahi şəxsiyyət Heydər Əliyev heçnədən çəkinmədən xalqımızın haqq səsini dünyaya çatdırdı. Elə o zamandan Azərbaycanda milli azadlıq hissləri oyanmağa başladı. Bu azadlq hisslərinin toxumlarını 1990-cı ilin yanvarın 21-də Moskada Azərbaycanın daimi nümayəndəliyində böyük bir mətbu-konfrans keçirib SSRİ rəhbərliyini lənətləyən Dahi Şəxsiyyət Heydər Əliyev öz cəsarətli və şücaətli addımı ilə ürəklərə səpmiş oldu. Ulu Öndərin Moskvadakı qətiyyətli addımı qorxmazlığın ən üst həddi və sözün əsl mənasında bir qeyrət nümayişiydi. Məhz Ulu Öndərin qətiyyətli davranışları Milli Oyanışımızın əsasını qoydu. Azərbaycanın haqq səsisini qaldıran Heydər Əliyev 1990-cı ildə vətənə qayıtdı. Doğulub böyüdüyü Naxçıvana gedən Heydər Əliyev‚ buradan ölkəmizin İstiqlaliyyəti uğrunda mübarizəyə başladı. O zamankı meydan firqurları olan bir çox şəxslər onun mükəmməl dövlətçilik təcrübəsinə yaxşı bələd olduğu üçün‚ hər vasitə ilə Heydər Əliyevin xalqımızın Milli Azadlığı və müstəqil Dövlətçiliyi uğrunda apardığı mübarizəyə və fəaliyyətlərinə var qüvvələrilə mane olmağa çalışırdılar. Lakin heçnədən çəkinməyən dahi şəxsiyyət Heydər Əliyev Naxçıvandan xalqımızın Milli Azadlığının və müstəqilliyinin əldə olunması istiqamətində işlər aparırdı. O‚ xalqı maarifləndirmək yolunu tutmuş və bu yolda bütün potensialını sərf edirdi. Nəhayət 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Ali Məclisində o zaman Ali Məclisin sədri olan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizin və İstiqlaliyyətimizin ilk rəmzi olan müstəqil üçrəngli bayrağımız qəbul edilərək Naxçıvan səmalarına qaldıdırıldı. Bununla da ölkəmizin ilk müstəqilliyinin təməlləri Naxçıvanda məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayrağın təkrar 1990-cı ildə qəbul edilərək Azərbaycan səmalarıma qaldırılması faktiki olaraq müstəqilliyimizin təməli idi. Məhz həmin təməllər xalqımızın böyük oğlu‚ dahi şəxsiyyət‚ Ulu Öndər Heydər Əliyev tərəfindən atıldı. Elə bundan sonra müstəqillik və azadlıq şüarları bütün Azərbaycanı bürüdü. Bununla da İstiqlaliyyətə gedən yol açılmış oldu. Ürəyi azadlıq eşqi ilə döyünən xalqımız gecə-gündüz meydanlara çıxıb Sovet əsarətinə etiraz edərək müstəqillik tələb etdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqillik aktına imza atdı və 1990-cı ilin 17 noyabrından başlanan proses 1991-ci ilin 18 oktyabrında bütünlüklə müstəqillik əldə edilməsi ilə sona çatdı. Qazanılmış bu müstəqilliyin əldə edilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz onun siyasi manevrləri və xidmətləri‚ bütün ölkə əhalisində bir stimul rolunu oynamışdı. 1993-cü ildə xalqın təkidli və israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev o zaman ölkəni bürümüş dəhşətli tragedik və dramatik durumdan‚ ölkəni cənginə almış qardaş qırğınından‚ kəskin siyasi böhrandan‚ məşəqqət və müsibətlərdən öz siyasi bacarığı və zəngin dövlətçilik təcrübəsi ilə xalqımızı xilas etdi.  1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsində xalqımızın yekdilliklə səs verərək Ulu Öndəri Dövlət başçısı vəzifəsində görmək istəməsi ilə Prezident seçilən Ümummilli Lider Heydər Əliyev müstəqil Dövlətçiliyimizin yaranması istiqamətində cidi islahatlara başladı. Məhz bundan sonra milli Dövlətçiliyimizin əsası qoyuldu və müstəqil dövlətimizin yaradılması prosesləri başladı. Hər sahədə geniş işlər həyata keçirən müdrik şəxsiyyət Heydər Əliyev Cənubi Qafqaz regionun ən qüdrətli ölkəsi olan‚ bütün dünyada müstəqil siyasət yeridən‚ öz sözünü dünya birliyində müstəqil şəkildə deməyi bacaran‚ hər an yüksək inkişaf dövrünü yaşamaqda olan və güclü orduya malik parlaq bir Azərbaycan yaratdı. Bununla da Azərbaycanda şanlı bir tarix başladı, Azərbaycanın mükəmməl dövlətçilik təməllərinin yüksək səviyyədə qurulması, müstəqilliyimizin, suverenliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bütün dünyaya tanıdılması, ölkəmizin sıfırda olan büdcəsinin və olmayan iqtisadiyyatının dirçəldilməsi, inkişaf etdirilməsi və əvvəlki iqtidarın yaratdığı boşluqların, faciələrə yol açan halların aradan qaldırılması, habelə hərc-mərcliyin, anarxiyanın, özbaşınalığın, dərəbəyliyin qarşısının dərhal alınması proseslərinə başlanıldı. Həmin 1990-cı illərin əvvəllərindəki dövrdə səriştəsiz iqtidarın yaratdığı bütün problemlər‚ məhz Heydər Əliyev tərəfindən sürətlə aradan qaldırıldı, iqtiadiyyatı sıfırda olan, heçbir dövlət büdcəsi və maliyyə vəsaiti olmayan Azərbaycan dövləti sürətlə inkişaf etməyə, artıq hər bir sahədə öz sözünü deməyə başladı. Məhz bununla da, Azərbaycan regionun ən güclü ölkəsi statusunu qazanmağa nail oldu. Dahi Şəxsiyyətin ideyaları Azərbaycan adlı bir ölkəni dünyaya çıxartdı. Müasir və qüdrətli Azərbaycan dövlətinin təməllərini atan Ulu Öndər Heydər Əliyev‚ həm də bu gün ölkəmizdəki təhlükəsiz mühitin memarıdır. Bu günkü ölkə rəhbərliyinin qüsursuz siyasəti Heydər Əliyevin ideyalarına və onun zəngin dövlətçilik dəyərlərinə əsaslanır. Xalqımız var olduqca bu dəyərlər də xalqımız tərəfindən qorunacaq və gələcək nəsillərə ötürüləcək. Və xalqımız var olduqca da Heydər Əliyev də hər zaman böyük sevgi ilə anılacaq. Çünki bu sevgini dahi şəxsiyyət özü xalqa olan misilsiz xidmətlərilə qazanmışdır. Bütün ömrünü xalqın gələcəyi və dövləyçiliyimizin qorunması üçün həsr edən böyük şəxsiyyət Heydər Əliyev Azərbaycan tarixinin fenomeninə çevrildi. Milli Dövlətçilik dəyərlərimizin, müasir milli Azərbaycançılıq məfkurəmizin təməlinin qoyulması Ulu Öndər Heydər Əliyevin həyata keçirtdiyi ən böyük xidmət idi. Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğundan, ölkənin daxili və xarici təhlükəsizliyinin qorunmasına, iqtisadiyyata, sənayeyə və bütün istiqamətlərə həsr olunmuş güclü Dövlətçilik strategiyasının bu gün uğurla davam etdirilməsi Azərbaycanın yüksək və sürətli inkişafını təmin edən və bilavasitə şərtləndirən, iqtisadiyyatın davamlılığını‚ ölkənin inkişafının dinamikliyinin qorunmasını təmin edən ən mühüm amil və faktordur. Hazırda Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu dəyərlər Azərbaycanı günbəgün və anbaan inkişafa aparmaqdadır. Ölkəmizin bütün uğurları, Azərbaycanın bu gün müstəqil bir ölkə olaraq bütün dünyada öz sözünü layiqincə deyə bilməsi, Azərbaycanın vaxtilə parçalanmaqdan xilas olaraq təşəkkül tapması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əbədiləşdirilməsi, möhkəmlənməsi və uğurla gələcək nəsillərə ötürülməsi Ulu Öndər Heydər Əliyev siyasi ideyalarının nəticəsidir. Bu gün eynən bu siyasi xətt üzrə‚ Ulu Öndər Heydər Əliyevin dövlətçilik dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsi ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevin mükəmməl Dövlətçilik təcrübəsinin açıq təzahürüdür. Eləcə də hər birimiz Ulu Öndərin yaratdığı müstəqil Azərbaycançılıq yolunda suverenliyimizin və dövlətçiliyimizin qorunması və təhlükəsizliyi istiqamətində əzmlə çalışmalı və dövlətimizin maraqlarının təmin edilməsində fəal olmalıyıq.

 
Mirsamir Məmmədov
Politoloq 
Geri qayıt