Azərbaycan Davos Forumunda iştirak edəcək

 

“Davos İqtisadi Forumunda Azərbaycan çox fəal iştirak edir”.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev Azərbaycanın bu Forumda mütəmadi əsasda dövlət başçısı səviyyəsində təmsil olunaraq, müxtəlif seminar və müzakirələrdə, konfranslarda iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, Davos Forumu çərçivəsində istər beynəlxalq biznes ictimaiyyəti, istər digər ölkələrin dövlət və hökumət başçıları, rəsmi şəxslərlə, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilir: “Davos Forumunda aparılan mütəmadi və ardıcıl işlərin nəticəsidir ki, Azərbaycan həqiqətləri istər siyasi, istər sosial-iqtisadi, istərsə də biznes inkişafı baxımından məhz dövlət başçısı səviyyəsində bu formatda ətraflı və əsaslı şəkildə təqdim edilir. Eyni zamanda, aparılan işlərin bilavasitə nəticəsi və göstəricisidir ki, bu Forum tərəfindən hazırlanan hesabatlarda Azərbaycanın inkişafı əsl həqiqət və mahiyyəti üzrə əksini tapır. Bundan sonra da Azərbaycan Davos Forumunda əməkdaşlığını davam etdirəcək. Qarşıdan gələn Davos Forumunda da Azərbaycanın fəal surətdə iştirakı nəzərdə tutulur”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}