Azərbaycanda parlament seçkilərinə 2226 namizəd müraciət edib

 "Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib". 
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Onun sözlərinə görə, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1903 nəfəri isə artıq imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 285 nəfər qeydə alınıb".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}