İlqar Məmmədov xalqı təhqir etdi – REAL sədrindən BİABIRÇI STATUS

  REAL Partiyasının sədri İlqar Məmmədov bu gün sosial şəbəkədə ciddi etiraz yaradıb. Buna səbəb onun yazdığı status olub.
Şəffaflıq.az xəbər verir ki, İ.Məmmədov statusunda xalqı təhqir edib.
Statusu təqdim edirik:
“Şimali Koreyada insan haqları problemi bilirsiz nədən ibarətdir? Orada siyasi məhbus problemi bizdəki formada yoxdur. Doğrudan da ağlı başında olan adam artıq onilliklərdir ki, müxalifətçilik etməz, başını aşağı salıb bir parça çörəyini yeyər. Şimali Koreyada problem başqadır: polis küçədə qəşəng qadın görəndə aparır özü ilə əylənməyə. Cürətin var, etiraz elə! Azərbaycan kütləvi qorxu atmosferi baxımından daha da sürətlə koreyalaşır deyə cinsi ehtiyacları yüksək olan gənc oğlanlara indidən polisə yazılmağı tövsiyə edərdim, gözəl qadınlara isə ölkəni tezliklə tərk etməyi. Ya da gəlin qarşıdan gələn seçkidə YAP-ı darmadağın edək, şimali-koreyalaşmayaq”.
Sözügedən status screen edilərək, bir çox siyasi aktiv, gənc fəal tərəfindən yayılıb. Bir çox sosial şəbəkə istifadəçiləri bu statusun İ.Məmmədov tərəfindən yazıldığına inanmadıqlarını yazıblar. Çünki partiya sədri statusu yazandan bir müddət sonra onu silib. Amma silinənə qədər çox adam onu screen edərək, yayıb.
İ.Məmmədovun bu statusu niyə yazması və daha sonra silmə səbəbləri maraqlıdı. Özünün bu haqda sosial şəbəkədəki statusunda açıqlama yayıb-yaymayacağı sual altındadır.(musavat.com)
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}