Nazirlər Kabinetinin mətbuat katibi istefa verdi

 Nazirlər Kabinetinin mətbuat katibi Ayaz Mirzəyev istefa verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə A. Mirzəyevin özü bildirib:
“Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm”.
Ayaz Mirzəyev bu il aprelin 17-də sabiq Baş nazir Novruz Məmmədovun əmri ilə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}