Müxalifət iqtidarla ölkəyə xarici müdaxilənin yolverilməzliyi haqda anlaşdı

 


Pənah Hüseyn: “Sənəddə siyasi münasibətlərin bugünkü çərçivədə aparılmasının vacibliyi öz əksini tapıb”

Şəffaflıq.az xəbər verir ki, dünən Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri ” mövzusunda dəyirmi masa keçirilib.

“Park İnn” otelində təşkil edilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, STM sədri Zahid Oruc, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, BQP sədri, millət vəkili Fazil Mustafa, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXP sədri Pənah Hüseyn, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və digər şəxslər, eləcə də media nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən AXP sədri Pənah Hüseyn deyib ki, tədbirin təşkilatçısı Ana Vətən Partiyası olub: “Orada Yeni Azərbaycan Partiyasından Əli Əhmədov və müxalifət partiyası kimi tanınan 4-5 siyasi partiya, parlamentdə təmsil olunan bir neçə partiya və bir neçə QHT, media rəhbərləri, ekspertlər iştirak edib. Təxminən bir həftə bundan əvvəl Fəzail Ağamalı Ana Vətən Partiyasının sədri kimi və sonra da onun mətbuat xidməti dəvətlər göndərdi, biz də dəvəti qəbul edib, iştirak eləmişik”.

“Tədbirə kimlər dəvət olunub-olunmayıb, kimlər dəvət olunub, gəlməyib, yəqin bu məsələlərə təşkilatçılar aydınlıq gətirə bilər”,-deyə AXH sədri əlavə etdi.

“Biz də o sənədi imzaladıq”

P.Hüseyn qeyd etdi ki, tədbirin nəticəsi olaraq ümumi sənəd qəbul olundu: “Yəqin ki, təşkilatçılar bu sənədi yayıb. Biz də o sənədi imzaladıq. Orada 3-4 maddə qəbul olundu. Onlardan birincisi, Qarabağın tezliklə işğaldan azad olunması üçün hərbi əməliyyat aparılarsa, Azərbaycan ictimaiyyəti adından buna dəstək veriləcəyi haqdadır. İkincisi, siyasi münasibətlərin bugünkü çərçivədə aparılmasının vacibliyi və siyasi proseslərə, o cümlədən seçki prosesinə beynəlxalq hüquqa zidd xarici müdaxilənin yolverilməzliyi bəndləri öz əksini tapıb”.шаблоны для dle 11.2


Facebook-da paylaş