“Erməni kilsələrinin inşası böyük bəlalara hazırlıqdan xəbər verir”

Cümşüd Nuriyev: “Qərb dövlətləri müxtəlif yollarla Türkiyəni parçalamaq niyyətindədirlər”
 Son vaxtlar Türkiyədəki erməni kilsələrinin bərpası məsələsində əhəmiyyətli aktivlik müşahidə edilməkdədir. Digər kilsələrdən fərqli olaraq erməni kilsəsinin hər zaman təxtribatçı mövqedən çıxışı etdiyi, terror və qarşıdurmalara rəvac verdiyi nəzərə alınarsa, qardaş Türkiyədəki məlum tendensiya bu ölkənin gələcəyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev baş verənləri təhlükəli bir hal kimi xarakterizə etdi:
“Ermənilər Türkiyə əraazisinə köçmədir. XIV əsrə qədər Türkiyədə bir nəfər də olsun erməni olmayıb. Madam ki, XIV əsrə qədər bu ərazidə ermənilər olmayıb, o zaman bunca erməni kilsəsinin bərpası və tikintisinə nə ehtiyac var ki?
Kilsə tikintisidaha  Qərbi Azərbaycan torpaqları olan indiki Ermənistana yaxın ərazilərdə həyata keçirilir. Yeni kilsələr daha çox burada tikilir. Erməni kilsələrinin inşası Türkliyə üçün böyük bəlaların hazırlanması deməkdir. Bunun arxasında Avropanın, xüsusilə də Fransadakı emrəni diasporasının maraqları dayanır.
Türkiyənin Avropaya qəbulunda əsas şərtlərdən biri qeyri-millətlərə şəraitin yaradılması, eləcə də ermənilərin milli abidələrinin bərpası məsələsi ilə bağlıdır. Bu yolla Türkiyəni yenidən parçalamağa çalışırlar. Bunun arxasında isə Qərb dövlətləri durur. Avropa bununla sonradan partlayacaq milli bombalar hazırlayır. Onlardan biri də ermənilərlə bağlı məsələdir. Hesab edirəm ki, bu, çox təhlükəli gedişatdır və yaxşı heç nə vəd etmir”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}