Putin Ərdoğana Su-35 qırıcılarını göstərəcək

 
 

Şəffaflıq.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın sabah MAKS-2019 Beynəlxalq Aviasiya və Kosmos Sərgisi çərçivəsində keçirəcəkləri görüşdə Su-35 hərbi təyyarələrinə baxacaqlarını bildirib.

Bu gün keçirilən mətbuat konfransında Rusiyanın Türkiyəyə Su-35 hərbi təyyarələrinin satıb-satmayacağı barəsində suala konkret cavab verməsə də, sabah iki liderin MAKS-2019 sərgisində Su-35-ləri görmək imkanlarının olacağını və bu görüşün nəticələrini gözləməyin lazım olduğunu bildirib.
Peskov Rusiya ilə Türkiyənin aviasiya sahəsində birgə layihələr üzərində çalışdıqlarını əlavə edib.
Yeni rus döyüş təyyarəsi Su-35, ilk növbədə vurulma üçün hədəfin seçilməsi və hədəfə uyğun olaraq silah seçməyə qadir süni intellektə malikdir.
Su-35-də ayrıca blok var ki, bu mahiyyət etibarilə süni intellektdir. Yəni o, ələ keçirdiyi bütün hədəfləri analiz edir, eyni anda 6 hədəfə tuşlana bilir və dərhal ilk növbədə hansı hədəfin məhv ediləcəyinə qərar verməyə qadirdir. Bütün bunları pilotun iştirakı olmadan süni intellekt özü edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}