Parlamentin buraxılması xəbəri təkzib olundu


 Milli Məclis iyulun əvvəlində bəzi qanun layihələrini müzakirə etmək üçün toplaşacaq və qarşıda parlamentin buraxılması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil. 
Şəffaflıq.az xəbər verir ki, bu barədə Turan-a deputat Vahid Əhmədov bildirib.
Qeyd edək ki, iyulun 2-də sosial şəbəkələrdə parlamentin buraxılacağı ilə bağlı məlumat yayılıb. Əsasən bildirilir ki, iyulun 10-dan sonra növbədənkənar parlament seçkiləri keçiriləcək.
V.Əhmədovun sözlərinə görə, deputatlar bəzi qanun layihələri üzərində işi başa çatdırmaq üçün özləri növbədənkənar sessiyanın işinə təşəbbüs göstəriblər.
"Parlament özü-özünü buraxmır. Bundan ötrü xüsusi qayda var", - deputat vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında olacaq.шаблоны для dle 11.2


Facebook-da paylaş