Əsas Səhifə > Region > Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519-a çatıb

Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519-a çatıb


30-05-2020, 13:06

 

Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519 nəfərə yüksəlib. Onlardan 503-ü kursant, 369-u isə mülki işçilərdir.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, son sutkada 87 hərbçi, 18 mülki işçi sağalıb.

Yoluxanlardan 4 əsgərin vəziyyətinin ağır, 5-nin isə orta-ağır olduğu bildirilib.

Geri qayıt