Əsas Səhifə > Region > Şamaxıda üzüm yığımı başa çatıb.

Şamaxıda üzüm yığımı başa çatıb.


6-11-2019, 21:31
 Şamaxıda üzüm yığımı başa çatıb.

Şamaxı üzümçüləri bağlardan 10 min 300 tondan çox məhsul götürüblər.

Şəffaflıq.az bildirir ki, bu barədə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, vaxtilə üzümçülük üzrə məşhur olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etdirilir. Artıq plantasiyaların sahəsi 1793,3 hektara çatdırılıb. Bunun da 1612 hektarı məhsuldardır. Rayonda daha çox üzüm bağları olan “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lər, habelə Sabir, Şəhriyar qəsəbə, Mədrəsə, Meysəri, Mirkənd, Çarhan kənd ərazi dairələri məhsul istehsalında fərqləniblər. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa bazarlara çıxarılıb.
Şəffaflıq.az
Geri qayıt