Əsas Səhifə > Region / Elm Təhsil > ADPU-nun “Unutsaq unudularıq” layihəsinin təqdimatı olub._FOTO

ADPU-nun “Unutsaq unudularıq” layihəsinin təqdimatı olub._FOTO


17-05-2019, 22:01
 ADPU verdiyi məlumat əsasən.Mayın 14-də Şəki şəhərində ADPU-nun “Unutsaq unudularıq” layihəsinin təqdimatı olub.
 Tedbir iştirakçılari, təqdimatdan öncə, Heydər Əliyevin abidəsi önunə gül dəstəsi qoydular. Tədbir ADPU-nun Şəki filialının akt zalında keçirildi. Təqdimatda Şəki şəhəri İcra Hakimiyyəti aparatının başçısı cənab Elxan Usubov, ADPU-nun Şəki şəhəri filialının direktoru dosent Rafiq Rəsulov, Fransadan gəlmiş xanım Mişel Fermay, Azərbaycanın Milli Qəhrəmanları Əhmədiyyə Cəbrayılov və Mikayıl Cəbrayılovun ailə üzvləri, ADPU-nun “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq” fakültəsinin dekanı dosent Laçın Həsənova, ”Musiqi və onun tədrisi metodikası” kafedrasının müdiri professor Zemfira Abdullayeva, “Təsviri incəsənət” kafedrasının müdiri dosent Çingiz Rüstəmov, hər iki Universitetin professor-müəllim heyəti və tələbəbələri iştirak edirdilər. Azərbaycan və Fransa Respublikalarının Dövlət Himnlərinin musiqisi altında “Hərbi hazırlıq” ixtisası üzrə təhsil alan tələbələr tərəfindən Azərbaycan və Fransa Respublikalarının bayraqları gətirildi və tədbir açıq elan edildi.İlk söz Layihənin müəllifi ADPU-nun baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilovaya verildi. O, çıxışında Layihənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il, 24 oktyabr tarixli Sərəncamında təhsil sisteminin müasir dövrün tələblərinə uyğun müəyyənləşdirilməsi, həmçinin uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları qarşısında ciddi vəzifələr irəli sürmüşdür. Bu vəzifələrin reallaşdırılması sahəsində, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun 2018-2019-cu dərs ilində “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”də tədris prosesində və dərsdənkənar vaxtlarda “Unutsaq unudularıq” başlığı üzrə vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlar  haqqında tələbələrin məlumatlandırılması, onların anım günlərinin keçirilməsi, canlarını qurban verən milli qəhrəmanlara hörmət hissinin aşılanması xüsusi əhəmiyyət kəsb edir.
 
 Şəki şəhəri İcra Hakimiyyəti aparatının başçısı cənab Elxan Usubov çıxış edərək, layihənin keçirilməsində zəhməti olmuş hər kəsə, xüsusilə də ADPU-nun rektoru professor Cəfər Cəfərova, "Musiqi, təsviri incəsənət , fiziki tərbiyə və çağırışaqədər hazırlıq” fakültəsinin əməkdaşlarına təşəkkürünü bildirdi və bu tədbirin həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğuladı.Layihədə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən olan Əhmədiyyə Cəbrayılov və Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Əhmədiyyə oğlu Cəbrayılovun həyat və fəaliyyəti, mübarizəsi və qəhrəmanlığını əks etdirən video görüntülər və çıxışlar təqdim olunmuşdur. Müəllim və tələbələrin vətənpərvərlik mövzusu ilə bağlı çıxışları onlarda Vətənə, torpağa olan sevgilərini bir daha sübut etdi. Dosent Aida Hüseynova, b/m Gülarə Aslanova, “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq” fakultəsinin xor kollektivi, tələbələrdən Çinarə Quliyeva, Lalə Ağayeva, Aygün Abbaszadə, İsa Adıgözəlov, Aygün Ağayeva, Etibar İsmayılov, Leyla Həsənli, Məhəmməd Səmədov, Taleh Orucov, Əhməd Almuradov, Aslan Muradoğlu, Elşən Kamal, Məxfirət Hüseynova, Məhəmməd Səmədov, ADPU-nun Şəki filialı tələbələrindən Lütfullah Muradlı, Samirə Məmmədova, Orxan Qənizadə və Fikrət Əmirov adına “Mahnı və rəqs ansamblı”nın solisti Aydan Kamilovanın çıxışı böyük rəğbətlə qarşılandı.Tədbirin sonunda Fransadan gələn xanım Mişel Fermay öz ürək sözlərini söylədi. Əhmədiyyə Cəbrayılovun qardaşı Cavanşir Cəbrayılov ailə üzvləri adındançıxış edərək minnətdarlığını bildirdi. ADPU-nun “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırırlıq” fakultəsinin dekanı dosent Laçın Həsənova “Təsviri incəsənət və onun tədirisi metodikası” kafedrasının müəllimi Cəbrayılov Hünər və III kurs tələbəsi Mustafayeva Aytəkinin çəkdikləri Əhmədiyyə Cəbrayılovun rəsmlərini ADPU-nun Şəki şəhəri filialına və Əhmədiyyə Cəbrayılovun ev muzeyinə təqdim etdi.Layihənin təqdimatından sonra müəllim və tələbə heyəti Cəbrayılovların ev-muzeyinə ekskursiya etdi. Tədbir Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılovun təşkil etdiyi ziyafətlə bitdi.

Əliqasım Məmmədov ADPU II kurs tələbəsi.
Şəffaflıq.az

Geri qayıt