İranda son sutka ərzində 2 min 285 nəfər koronavirusa yoluxub

 

Son 24 saat ərzində İranda 2 min 285 nəfər koronavirusa yoluxub, 63 nəfər isə həyatını itirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 143 min 849 nəfər virusa yoluxub, 7 min 628 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 112 min 988 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 543 nəfərin vəziyyəti ağır olaraq alır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}