Moskvada məhdudiyyətlər iyunun 14-dək uzadıldı

 

Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən bəzi məhdudiyyətlər iyunun 14-dək uzadılıb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin fərman verib. Belə ki, özünütəcrid rejimi, buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi və digər tədbirlər uzadılıb.

İyunun 1-dən isə Moskvada avtosalonlar, qeyri-ərzaq mağazaları və idman zalları fəaliyyətə başlayacaq.

Qeyd edək ki, dünən gecə saatlarına olan məlumata görə təkcə Moskvada 171 min nəfər koronavirusa yoluxub, 67 min nəfər sağalıb, 2183 nəfər isə virusdan dünyasını dəyişib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}