Ramzan Kadırovun vəziyyəti ağırdır - İDDİA

 

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun vəziyyəti ağırdır.

Bu barədə “Baza” nəşri məlumat yayıb.

Qeyd edək ki, Kadırovun koronavirusa yoluxduğu və müalicə üçün Moskvaya aparıldığına dair məlumat dünən yayılıb. “Baza”ya məlumat verən mənbə bildirib ki, Çeçenistan başçısının ağciyərləri ciddi zədələndiyinə görə vəziyyəti ağırlaşıb.

Bildirilir ki, Kadırov virusa 2-3 həftə əvvəl yoluxub. Bir həftə sonra özünü yaxşı hiss etməsə də, bunun adi qrip olduğunu zənn edərək həkimə müraciət etməyib.

Yalnız virus ağciyərlərini zədələdikdən və halı pisləşdikdən sonra həkimə müraciət olunub və dərhal da Moskvaya gətirilib.

Çeçenistan rəhbərinin mətbuat xidməti hələ ki R.Kadırovun səhhəti ilə bağlı hər hansı açıqlama verməyib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}