İranın raket zərbələri: 34 amerikalı əsgər YARALANDI


 

İranın İraqda hərbi bazalara raket hücumu nəticəsində ümumilikdə 34 amerikalı hərbçi xəsarət alıb.

Bu barədə Pentaqon nümayəndəsi Conatan Hoffman deyib.

“Son məlumata görə, 34 hərbçi kontuziya və travma alıb”, - deyə Hoffman bildirib.

Pentaqon rəsmisi bildirib ki, 8 hərbçi ABŞ-da, 9-u isə Almaniyada müalicə alır. Qalanları isə İraqda bazaya qayıdıb.

Qeyd edək ki, Hoffmanın bəhs etdiyi hücum 8 yanvarda, iranlı general Qasım Süleymaninin öldürüməsinə cavab olaraq həyata keçirilmişdi.

Həmin vaxt ABŞ Prezidenti Donald Tramp hücumda xəsarət alan amerikalı hərbçilərin olmadığını bildirmişdi.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}