Leyla Əliyevanın təşəbbüsü ilə milli nağıllar qəhrəmanı Cırtdan Azərbaycan bölgələrində yaşayan uşaqlara yeni il hədiyyələrini çatdırıb.-FOTO

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli nağıllar qəhrəmanı Cırtdan Azərbaycan bölgələrində yaşayan uşaqlara yeni il hədiyyələrini çatdırıb. 
Şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdan rayonlarının balaca sakinlərinə Yeni il hədiyyələri çatdırılıb. Sevimli milli nağıl qəhrəmanı Cırtdandan bayram sovqatı təqdim edilib, şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindirib.
Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhvalı bəxş edib.
Şəffaflıq.az

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}